Icma.az
close
up
RU
Bakı Praqa əlaqələri dinamik gələcək vəd edir

Bakı Praqa əlaqələri dinamik gələcək vəd edir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İki dövlət arasında səmimi siyasi dialoq mövcuddur

Son 6 ildə Cənubi Qafqaz regionunda formalaşdırdığımız yeni siyasi-iqtisadi konfiqurasiya, dialoq müstəvisi və əməkdaşlıq platformaları bütün dünya üçün cəlbedici xarakter daşıyır. Bakı yerləşdiyi bölgəni qlobal mühit üçün münbit tərəfdaşlıq coğrafiyasına çevirməyi bacarıb - burada əsas məqamlardan biri isə, bütün qitə və kontingentlərin Cənubi Qafqaza qarşı münasibətinin dəyişməsidir. İstər Qlobal Cənub ölkələri, istər Asiya məkanının aparıcı dövlətləri, istər Türk birliyi və Mərkəzi Asiya, istərsə də bütövlükdə Avropa Azərbaycanın yaratdığı yeni dialoq platformada iştiraka can atır. Azərbaycan bu gün sözün əsl mənasında Avrasiyanın aparıcı paytaxtına çevrilib. Son bir ayda bir neçə Avropa ölkəsinin dövlət və hökumət başçısının ölkəmizə səfəri də bu deyilənləri təsdiqləyir. Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu səfərlər yalnız iqtisadi əməkdaşlıq və ya enerji sektorunu əhatə etmir - paralel olaraq Bakı ilə formalaşan sityasi dialoqun daha da intensivləşməsinə, dərinləşməsinə xidmət göstərir.

Yüksəksəviyyəli siyasi münasitbətlər...

Azərbaycanın yürütdüyü xarici siyasət kursunda əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və beynəlxalq hüquqa sadiqlik, eyni zamanda ədalət prinsipiləri hər zaman ön planda yer alır. Bakı iqtisadi sektorda olduğu kimi, siyasi platformada da etibarlı, güvənilən bir dövlət kimi çıxış edir. Qlobal konfrantasiyalara münasibətdə sülhpərvər mövqedən çıxış etməsi, problemlərin qarşıdurma yolu ilə deyil, dinc danışıqlar yolu ilə həllini dəstəkləməsi, bu prosesdə uğurlu vasitəçilik rolu təqdim etməsi Azərabycanın siyasi nüfuzunu daha artırır - bütün dünya Bakıya münasibətdə etibarlı tərəfdaş yanaşması sərgiləyir.

Vurğulandığı kimi, Çexiya Respublikasının Baş nazirinin Azərbaycana səfəri qarşıdakı dövrdə iki ölkə arasında iqtisadi münasibətəlrin inkişafı ilə yanaşı həm də siyasi dialoqun genişlənməsinə şərait yaradacaq. Qarşılıqlı görüşlər bu mühitin əlverişli hal almasını şərtləndirir. Prezident İlham Əliyev Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatında da bildirib ki, cənab Babişlə 3 ay bundan əvvəl Davosda görüşüb: “Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir”.

Qeyd edildiyi kimi, yanvarın 21-də baş tutan həmin görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu müzakirə edilib. Münasibətlərin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub. Həmin görüşdə müzakirə edilən detallar bu gün ikitərəli əlaqələrin daha da möhkəmlənməsi üçün baza rolunu oynayır. Prezident Qəbələdə mətbuata bəyanatında deyib ki, bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir: “Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”.

Münasibətlər möhkəm təməllərə söykənir

İki ölkə arasında siyasi münasibətlər möhkəm hüquqi təmələ söykənir - 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir.

Bundan başqa, 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. Paralel olaraq iqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaşı olduğu mühüm nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ölkəmizin strateji rolu yüksək qiymətləndirilib. Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub. Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Qeyd olunduğu kimi, münasibətlərin intensivləşməsində qarşılıqlı səfərlərin rolu olduqca əhəmiyyətlidir - Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub. Bu səfərlər zamanı müzakirə olunan məsələlər isə bütövlükdə Çex Respublikası-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə qalxmasında mühüm rol oynayıb. Qarşıda isə yeni mərhələ var - artıq münasibətlər daha dinamik xarakter alacaq. Prezident İlham Əliyev Qəbələdə mətbuata bəyanatında bildirib ki, bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparılıb: “Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”.

Güvənilir, etibarlı tərəfdaş...

Bütövlükdə Azərbaycana olan bu diqqət və maraq Bakının Avrasiyanın geoiqtisadi məntiqini müəyyən edən əsas aktorlardan birinə çevrildiyini təsdiqləyir. Azərbaycanın çoxşaxəli tərəfdaşlıq siyasəti, yeni kommunikasiya arxitekturası və təhlükəsizlik modelinin effektivliyi onun qlobal sistemdə strateji mərkəz rolunu daha da gücləndirir. Rəsmi Bakı müasir çağırışları sadəcə izləməklə kifayətlənmir, onları əvvəlcədən qiymətləndirərək çevik şəkildə siyasi, iqtisadi və diplomatik xəttinə tətbiq edir. Burada əsas faktor Azərbaycanın həm Şərq, həm Qərb, həm də göründüyü kimi bütövlükdə Avropa ilə paralel strateji tərəfdaşlıqlar qurmasıdır. Bu əlaqələr statik deyil, dinamik xarakter daşıyır və Bakı bu dinamikanı idarə etmək bacarığı ilə qlobal səviyyədə fərqlənir. Bu isə ölkəmizi bütün dövlətlər üçün strateji tərəfdaş olaraq ön plana çıxarır.  Çex Respublikasının Baş naziri Andrey Babiş də mətbuata bəyanatında vurğulayıb ki, “burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”.

Bəli, bu amil Bakının yaratdığı yeni siyasi-iqtisadi mahiyyətə verilən qiymətdir. Artıq hər kəs təsdliqləyir ki, Azərbaycanın təhlükəsizlik fəlsəfəsi təkcə hərbi gücə əsaslanmır - bu fəlsəfə iqtisadi əlaqələr sisteminin qurulmasını, enerji davamlılığını və kommunikasiya marşrutlarının şaxələndirilməsini özündə ehtiva edir. İki qitənin qovşağında yerləşən Azərbaycan Avropanın enerji təchizatında, həm də Orta Dəhliz boyunca yüklərin təhlükəsiz daşınmasında əsas zəmanətçi ölkə kimi qəbul edilməklə yanaşı, bölgənin sabitliyinə cavabdeh bir dövlətdir. Həm də bu səbəbdən sabitliyin zərurət olduğu coğrafiyada dünyanın güclü aktorları - Avropa İttifaqı, Çin, Türkiyə, Mərkəzi Asiya ölkələri Azərbaycanla əməkdaşlığı prioritet elan edirlər. Çünki bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından əsaslı mexanizm formalaşdırır.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see281

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see266

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see253

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see250

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see235

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see229

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see229

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see220

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see219

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see212

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see212

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see211

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see208

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see203

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see198

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see198

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see194

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see181

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri