Icma.az
close
up
RU
Bakı Qazax İcəvan dəmir yolu ilə açıla bilər ŞƏRH

Bakı Qazax İcəvan dəmir yolu ilə açıla bilər ŞƏRH

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Qazaxıstan səfəri zamanı Ermənistana yük daşımalarına olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərarı açılmasından sonra Ermənistana Azərbaycandan keçməklə taxıl ixracı başlayıb. Eyni zamanda Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda (28 noyabr) Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mher Qriqoriyan arasında keçirilən görüşdə müzakirə olunub.

Ekspertlər düşünürlər ki, məhz Qazax-İcəvan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yoldur və bərpa edilməlidir.

Modern.az-a açqılamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq bir çox təmaslar üzərindən gündəlikdə saxlanılan vacib məsələlərdən biridir:

“Bəllidir ki, bu nəqliyyat və iqtisadi kommunikasiyaların açılması sülh müqaviləsi imzalandıqdan sonra daha real görünən, mümkün olan prosesidr. Sülh müqaviləsinin imzalanması bölgə üçün əhəmiyyətli olan inteqrasiya layihələrinin reallaşdırılmasına əlverişli şərait yaradır. İndiki dövrdə dərhal bu kommunikasiyaların açılıb, istifadəyə verilməsi iqtisadi cəhətdən mümkün ola bilər. Lakin siyasi və Ermənistan cəmiyyətində mövcud olan revanşizm əhval-ruhiyyəsinə görə bu, mümkünsüz görünür. İqtisadi cəhətdən ona görə mümündür ki, vəsait ayrıldı və bir qədər çətin olsa belə, dağılmış dəmir yolları bərpa edildi və ya yenisi çəkildi. Bu iqtisadi cəhətdən çox rahat realizə olunacaq layihədir. Mən ona görə xüsusilə Ermənistanın üzərində dayanıram, çünki Azərbaycanın belə bir problemi yoxdur. Azərbaycanın Qazaxa qədər davam edən dəmir yolu mövcuddur. Bu gün də həmin dəmir yolu üzərindən yüklər çox rahat daşınır. Azərbaycan Dəmir yolları tam yenilənib. Ağbəndə qədər çəkilən dəmir yolunun da 75%-i, bəlkə də daha artıq hissəsində işlər başa çatdırılıb. Gələn ilin ortasına qədər bu işlərin tamamlanması nəzərdə tutulur. Azərbaycanın dəmir yolu çəkmək kimi problemi yoxdur. Söhbət Ermənistandan gedir. Ermənistan nə qədər o layihənin reallaşmasına hazırdır, bu məsələ iqtisadi müstəvidə həllini tapsa da, əhalinin ona münasibəti, bu proseslərə qarşı olan qüvvələrin hazır olub-olmasması kimi nüanslar var”.

Deputatın sözlərinə görə, müqavilə imzalanandan sonra çox rahat şəkildə iki ölkənin xalqları arasında sülh quruculuğu prosesi intensiv realizə olunmağa başlayacaq:

“Etimad körpüsü tam işlək vəziyyətə gətirildikdən sonra bu tipli layihələrinin reallaşması erməni cəmiyyətinin özü tərəfindən kəskin qarşılanmaz. Bu gün Zəngəzur dəhlizi məsələsi var. TRIPP layihəsi ətrafında hətta erməni siyasi elitası nə qədər bunu dəstəkləsə də, parlamentdə müəyyən siyasi dairələr onun əleyhinə çıxır, buna müxtəlif donlar da geyindirməyə çalışırlar, daha çox ərazi bütövlüyünə və suverenliyə təhdid kimi dəyərləndirilir. Bu tipli layihələrlə bağlı münasibət birmənalı deyil. Siyasi qərarlar verildikdən, iqtisadi müstəvidə proses başladıqdan sonra bu sahələrdə də cəmiyyətlə iş aparmaq lazımdır. Sülh müqaviləsinin bağlanması isə bəllidir ki, erməni konstitusiyasına dəyişiklikdən sonra mümkün olacaq”.

Deputat qeyd edib ki, Ermənistanda keçiriləcək parlament seçkisinə qədər bu məsələdə müəyyən hazırlıq işlərinin başlaması üçün zəmin yaradıla bilər:

“Azərbaycan üzərindən Rusiya və Qazaxıstan taxılının Ermənistana ixracı baş verib. Sadəcə olaraq bu tranzitin Gürcüstan üzərindən həyata keçməsi iqtisadi cəhətdən vaxt itkisi və səmərsiz ola bilər. Bakı-Qazax-İcevan dəmiryolu üzərindən tranzit başladıqda, bu, iqtisadi cəhətdən də sərfəlidir. Eyni zamanda bu, iki ölkə arasında etimad quruculuğu prosesinə müsbət təsir edəcək haldır. Bir çox suallar Ermənistan tərəfindən cavablandırılmalıdır. Dəmir yolunun inşası məsələsi elə də qısa vaxt və az məsrəflə reallaşacaq layihə deyil. Real olaraq Ermənistan siyasi qərar verirsə, bunun üçün də kifayət qədər vəsait ayırıb, prosesi hərəkətə gətirməlidir. Digər tərəfdən Ermənistanın dəmir yolları Rusiya Federasiyasının dəmir yollarının tabeliyindədir. Və bu da Rusiyadan asılılğı göstərən digər bir haldır. Bu, dəmir yolu Rusiyanın maraqlarına cavab verərdi ki, Azərbaycan üzərindən qısa müddət ərzində yük daşımaları mümkündür. Azərbaycanın burada faydası tranzitdən əldə edəcəyi vəsaitdir ki, indiki Gürcüstanla bağlı məsələlərdə tranzit yük daşımaları üçün məbləğlərin çoxalması və digər məsələlər istər-istıməz mövzunu aktuallaşdırmış olur. İstənilən halda sırf iqtisadi layihə deyil, iqtisadi, siyasi, təhlükəsiz və digər səpkilərdə də işlərin görülməsinə ehtiyac var, burada iki və üçtərəfli işlər görülməlidir. İkitərəfli dedikdə, Azərbaycan-Ermənistan, üçtərəfli dedikdə, Azərbaycan-Rusiya-Ermənistan, digər ikitərəfli işlər isə Ermənistan-Rusiya müstəvisində müzakirələr olunmalıdır. Təxmin etmək olar ki, Qəbələdə keçirilən görüşdə sadaladığım bu mövzular ətrafında da danışıqlar aparılıb. Yekun qərarın nədən ibarət olacağı məlum deyil. Gələn ilin iyununda Ermənistanda keçiriləcək seçkilərə qədər düşünürəm, dəqiq nəsə bildirilməsə də, müəyyən hazırlıq işlərinin başlaması üçün zəmin yaradıla bilər. Parlament seçkilərindən sonra proses intensivləşə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri