Icma.az
close
up
RU
Bakı Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Bakı Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Yağış nəinki Bakını, Bakıdan Şimala uzanan ödənişli yolu belə su altında gizlətdi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunu su basdı. Bu həqiqi mənada su basma idi. Avtomobillər belə suyun altında qaldı. Görüntülər də ürəkağrıdan oldu. Adətən bəzi məmurlar “basıb” pulu yeyirlər. Belə düşünür çoxları. İndi bu hadisəni necə adlandıraq? AAYDA-dan soruşaq: Bu hadisəyə necə qiymət verirsiz? Dərhal deyə bilərlər ki, dünyada da fəlakətlər olur. Amma bu yağış o fəlakətdən deyildi. Dünyada körpü tikən, yol salan nazir və ya rəislər, sədrlər Teymur Əliyevdə, Nabranda, Bilgəhdə olan villalara bənzər ev eşiyə, malikanələrə də sahib deyillər axı. Nə də onların, əzizlərinin sürdüyü avtomobillərin dəyəri milyonlarla ölçülmür.
Ödənişli yoldan dəfələrlə mən də istifadə etmişəm. Son dönəmdə Bakıdan üzü Qubaya keçidə yaxınlaşanda keçidin birinin sıradan çıxmasının şahidi olmuşdum. İşlək deyildi. Heç işləməyən bu nöqtəyə yaxınlaşanda xəbərdarlıq da yox idi ki, sürücü bu hissəyə daxil olmasın. Hamı məcbur olub geri qayıdır və digər bölmədən keçməli olurdu. Yola olan münasibət deyəsən elə o günlərdən başlamışdı. Amma düşündüm ki, Bu Bakı – Quba yolunun bəxti açılmır ki, açılmır...

Bakı-Quba yolunun ZİYAlı tarixi....Ölməz xatirəsi...
(Cavid adının mənası: ölməz-əbədi)

Hələ 2005-2010-cu illərdə bu yola 625,7 milyon manat vəsait xərclənmişdi. Əlavə olaraq 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə yönəldilmişdi. Ümumilikdə 641 milyon manata yaxın vəsait batdı getdi bu yolda. Əsas Qazıqumlaq yolu şümallaşdı, Teymur Əliyevdə olan ev eşik düzəldi, ZQAN Holding yarandı və sair və ilaxır. Hətta dedilər sabiq nazirin bağ evində çənləri “Ərikli” suyu ilə dolur. Xalq öz “qəhrəman”ına dastanlar qoşur axı. Ziya Məmmədova yaxın və o dönəmdə sədaqətli sayılan Cavid Qurbanov da var idi. Hətta gözəl xatırlayıram Ziya Məmmədovla Cavid Qurbanov telefonla danışırdlar. Ziya müəllim xəstələnmişdi. Cavid Qurbanovla olan mehriban danışığı zamanı həsədlə bu dostluğa baxıb bir anlıq halal olsun da dedim. Sonra zaman gəldi hər iki dost arasında elə nazirlikdə kabinetdə mübahisə düşdü. Bu mübahisələr ölkənin məşhur restoranlarınn birində ikili arasında gedən müzakirələrdə də davam etmişdi. Nəticələr isə bəllidir.

İndi Ziya müəllim namaza başlayıb. Allah qəbul eləsin. Oğlu Anar Amerikada zəhmətlə cəfakeş həyat sürür. Bir sıra yaxınları isə Anardan küsüb. "Bizim evimizi o yıxdı, dağıtdı gül kimi səltənətimizi" deyirlər. Cavid müəllim isə çəkilib səssizliyə.....

Bakı-Quba yoluna əməli SALEH biri lazımdır
Maraqlı bir təsadüf də var. Bu asfalt işinə kim baxırsa qonşu olmaq da talelərinə yazılır deyəsən. AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da məşhur Teymur Əliyev küçəsində yaşayır. Bu küçənin bir başlanğıcında Ziya Məmmədov, digər başlanğıcında isə bir qədər içəri məhəllədə Saleh müəllim yaşayır. Yolları bir nöqtədə kəsişir. Talelərini deyə bilmərəm.

Maraqlıdır ki, 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan, 2023-cü ildə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu niyə bu günə qaldı. Bu yol istifadəyə veriləndə, təhvil-təslim aktı imzalananda heç bir araşdırma aparılmadımı? Bu  yolda 40 yol ötürücüsü və körpü, 52 alt keçid var. Bəs bu yol tikiləndə relyefi, sel basma təhlükəsi, ərazinin iqlim şəraiti necə nəzərə alınmamışdı?

Bu yağış bir gün çəkdi. Bəs intensiv olaraq bir neçə gün yağsa nə baş verərdi? Ödənişli yol biyabırçı hala düşdü. Hanı mühəndis? Haradadır təhvil-təslimə qol çəkənlər? Saleh müəllim açıqlama versə nə gözəl olardı. Bir zaman deyirdi bu yolda sürətlə sürün.
Deyirəm Saleh müəllim: “Mən yola çıxanda gərək maşının yük yerində (baqajda) ən azı 600 min olsun. Yoxsa uzaq yola çıxa bilmirəm”.... deyibən bu yola çıxıb yağışlı havada sürətlə avtomobil sürə biləydik... 
Tural Müseyibov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:304
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri