Bakı sakini dava zamanı bıçaqlanıb
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanaraq ağır vəziyyətə düşüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.
Belə ki, 1976-ci il təvəllüdlü Elşad Yaqubov küçədə naməlum şəxsin hücumuna məruz qalaraq bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.

