Icma.az
close
up
RU
Bakı sakinlərinə xəbərdarlıq: Yenidən maska taxmaq lazımdır Qəribə səbəb

Bakı sakinlərinə xəbərdarlıq: Yenidən maska taxmaq lazımdır Qəribə səbəb

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda və Abşeron yarımadasında, eləcə də cənub və Aran bölgələrində tozlu, isti hava şəraiti müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu cür hava insan sağlamlığına mənfi təsir göstərir. Xüsusən astma, allergiya və digər tənəffüs problemləri olan şəxslər üçün vəziyyət daha da çətinləşir.

Belə hallarda hansı praktik üsullardan istifadə etmək mümkündür? İnsanlar həm isti, həm də tozlu hava şəraitində əsasən nələrə diqqət etməlidir?

Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, yay aylarında Bakı və Abşeron yarımadası tez-tez tozlu havaya məruz qalır:

“Bu, Şərq küləkləri ilə Orta Asiya və Türkmənistan səhralarından gələn tozlu hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində baş verir. Cənub və Aran bölgələrində isə cənub-qərb küləkləri vasitəsilə yaxın Orta Şərqdən gələn hava kütlələri tozu gətirir. Bu hava şəraiti atmosfer sirkulyasiyasının təbii bir hissəsidir və zaman-zaman baş verir”.

Qorxmaz İbrahimli

Ekoloq qeyd edib ki, insanların evdən çıxmamağa və qoruyucu vasitələrdən istifadə etməyə çalışması vacibdir:

“Xüsusən, bronxial problemləri olanlar qoruyucu maskalardan istifadə etməlidir. İsti havalar xüsusən Bakı və Abşeron yarımadasında, həmçinin Aran bölgəsində normaldır. Çünki Azərbaycan quru subtropik iqlim qurşağında yerləşir. Günəşin zərərli şüalarından qorunmaq üçün baş örtükləri və çətirlərdən istifadə edilməlidir.

Günəşin ən güclü olduğu saatlarda – 11:00-17:00 aralığında açıq havada olmamaq tövsiyə olunur. Bundan əlavə, hər kəs günəşdən qoruyucu kremdən istifadə etməlidir, xüsusən üz, qol və bədənin açıq sahələrinə tətbiq olunmalıdır. Bu, dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumağa kömək edəcək”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri