BDU nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Tələbədən məktəbliyə” layihəsi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti hüquqi maarifləndirici təlim Akademik Zərifə Əliyeva adına liseydə keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı universitetin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə tələbələr tərəfindən hazırlanmış “Əsas qanunun işığında – Konstitusiya” adlı kitabçanın təqdimatı da olub.
Təlimçi qismində Hüquq fakültəsinin III kurs tələbələri Vaqif Xəlil, Hökumə Məlikli və Tofiq İbadzadə çıxış edərək məktəblilərlə hüquq, qanun, Konstitusiya, hüquq və vəzifələr mövzularında fikir mübadiləsi aparıblar.
Təlim çərçivəsində Vaqif Xəlil hüququn mahiyyəti, dövlət hakimiyyətinin qolları, hakimiyyət orqanlarının səlahiyyətləri, məhkəmə instansiyaları və qanunvericilik prosesi barədə məlumat verib. Tofiq İbadzadə yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti mövzusuna toxunaraq Cinayət Məcəlləsi, cinayətin subyekti anlayışı, eləcə də yetkinlik yaşına çatmayanlara tətbiq olunan cəza və tərbiyəvi tədbirlər haqqında danışıb.
Hökumə Məlikli isə məişət zorakılığı mövzusunda maarifləndirici çıxışı zamanı bu anlayışın növləri, subyektləri, araşdırılma mexanizmləri, sanksiya tədbirləri və qarşısının alınması yolları barədə iştirakçıları məlumatlandırıb.
Müzakirələrdə fəal olan iştirakçılar sonda sertifikatlarla təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















