Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş qəbulu keçirilib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş məmnunluğunun artırılması və müraciətlərə operativ baxılmasının təmin edilməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirilib.
525.az idarəyə istinadən xəbər verir ki, Baş İdarənin rəisi Read Qasımov vətəndaşların tikinti və istismara icazə prosedurları, şəhərsalma nəzarəti, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı müraciətlərini dinləyib.
Qəbul zamanı qaldırılan məsələlər hər bir müraciətin xüsusiyyətləri, mövcud qanunvericiliyin tələbləri, həmçinin paytaxtın planlı və dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla müzakirə edilib.
Vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı zəruri izahlar təqdim olunub, əlavə araşdırma tələb edən məsələlərin isə aidiyyəti struktur bölmələri tərəfindən ətraflı öyrənilməsi və müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















