UEFA dan bəyanat Təhlükəsizliyə cavabdeh deyilik
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında baş verən insidentlə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, ali futbol qurumu qarşılaşmanın İstanbulda keçirilməməsi barədə qərarın Türkiyə tərəfinin təşəbbüsü ilə qəbul olunduğunu bildirib:
“Qarşılaşmanın “Beşiktaş”ın İstanbuldakı stadionunda keçirilməyəcəyi barədə məlumat Türkiyənin müvafiq yerli orqanlarının tövsiyə və göstərişləri əsasında Türkiyə Futbol Federasiyası tərəfindən UEFA-ya çatdırılıb. Həmin məlumatda oyunun yeni ünvanının Gürcüstanın Batumi şəhərindəki stadion olduğu bildirilib”.
UEFA stadionda təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşımadığını da vurğulayıb:
“Mövsüm ərzində keçirilən bütün oyunlarda olduğu kimi, bu qarşılaşmada da UEFA təşkilatçı tərəf deyil. Buna görə də stadiondakı təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşımır və bu məsələlərə nəzarət etmək səlahiyyətinə malik deyil. Stadiondakı bütün müdaxilələr yerli səlahiyyətli orqanların qərarı əsasında həyata keçirilib”.
Qurum qarşıdurmanın yaranma səbəbi ilə bağlı da mövqeyini açıqlayıb:
“Bəzi media orqanlarında yayılan məlumatların əksinə olaraq, UEFA-nın əldə etdiyi məlumata görə, oyunun müvəqqəti dayandırılmasına səbəb olan gərginlik yerli polisin “Beşiktaş” azarkeşləri arasında baş verən insidenti nəzarət altına almaq üçün müdaxiləsindən sonra artıb”.
Xatırladaq ki, qarşılaşma zamanı Gürcüstan polisi ilə “Beşiktaş” azarkeşləri arasında qarşıdurma yaşanıb. Hadisə ilə əlaqədar saxlanılan 16 türkiyəli azarkeş daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Beşiktaş”ın xəstəxanaya aparılan futbolçusundan şad xəbər “İnter”də yeni müqavilə “Beşiktaş”ın oyunundakı insidentlə bağlı 16 nəfər saxlanılıb Avropa Liqası: “Beşiktaş” ilk “8-lik”də – FOTO “Qalatasaray”ın ulduzu üçün 30 milyon avroluq təklif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















