Icma.az
close
up
RU
Bakı Skopye: fəal siyasi dialoq hərtərəfli əməkdaşlığa təkan verir

Bakı Skopye: fəal siyasi dialoq hərtərəfli əməkdaşlığa təkan verir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycanın müstəqilliyini tanımış, 28 iyun 1995-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. O vaxtdan bəri tərəflər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr dinamik inkişaf edir.

İkitərəfli münasibətlərin əsas dayağını siyasi dialoq təşkil edir. Son dövrlərdə dövlət başçıları səviyyəsində aparılan müzakirələr bu dialoqun intensivliyini daha da artırmışdır. Prezident İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə ikinci görüşü siyasi əlaqələrin dinamik xarakter aldığını göstərir. Dövlətimizin başçısı vurğulayıb: “Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır...”.
Son aylarda Azərbaycan ilə Şimali Makedoniya arasında energetika sahəsində əməkdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli addım hesab olunur. Azərbaycan qazı artıq bu ölkənin bazarına çatdırılmış və ikitərəfli əməkdaşlıq müntəzəm xarakter almağa başlamışdır. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkələridir. Bu göstəricilər dövlətimizin regional və qlobal enerji təhlükəsizliyində əhəmiyyətini bir daha təsdiqləyir.
Avropa İttifaqı ilə imzalanmış enerji üzrə strateji tərəfdaşlıq bəyannaməsi də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Hər iki tərəf ticari-iqtisadi sahədə potensialın dəyərləndirilməsinin vacibliyini vurğulayır. Hazırda Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-ü aktiv fəaliyyət göstərir. İki ölkə arasında sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzalanmış sazişlər bu istiqamətdə hüquqi bazanı formalaşdırır.
Xalqlar arasında humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin vacib istiqamətlərindəndir. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın zəruriliyini vurğulamış, Şimali Makedoniya Prezidentinin mədəni tədbirlərdə iştirakını yüksək dəyərləndirmişdir: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm”.
Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında indiyədək imzalanmış 5 sənəd əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir və gələcək qarşılıqlı fəaliyyət üçün zəmin yaradır.
Əməkdaşlığın güclənməsində dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi yer tutur. Şimali Makedoniya Prezidenti Qeorqe İvanovun 2015-2018-ci illərdə Azərbaycana işgüzar səfərləri, eləcə də son zamanlar keçirilən yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmuşdur.
Azərbaycan-Şimali Makedoniya münasibətləri bu gün həm siyasi, həm enerji, həm də humanitar istiqamətlərdə genişlənməkdədir. Energetika sahəsində başlanmış praktiki əməkdaşlıq yaxın gələcəkdə iqtisadi və ticarət əlaqələrinin də intensivləşməsinə səbəb olacaq. Hər iki tərəfin iradəsi bu əlaqələrin gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edəcək.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri