Icma.az
close
up
RU
Bakı Slavyan Universitetində elmi konfrans keçirildi FOTO

Bakı Slavyan Universitetində elmi konfrans keçirildi FOTO

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Nurlana Mustafayeva noyabrın 25-də Albaniya Respublikasının Tirana Universitetinin Tarix və Filologiya Fakültəsi Dilçilik kafedrasının Almaniya, Serbiya, İtaliya, Çexiya, Çin, Kosova, Türkiyə, Bolqarıstan, Şimali Makedoniya və Albaniyadan olan alimlərin iştirakı ilə “Albanologiyanın auditoriyaları – Alban dili mərkəzləri və departamentləri şəbəkəsinin yaradılmasına doğru” mövzusunda keçirdiyi beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası və Albaniya Respublikası arasında əməkdaşlıqda təhsilin rolu: mövcud vəziyyət və hədəflər” mövzusunda məruzə ilə çıxış etmişdir. Alim Azərbaycan və Albaniya arasında əməkdaşlığın qurulması və inkişafında Prezident İlham Əliyevin fəaliyyətindən, dil üzrə mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətindən bəhs edərək, alban dilinin Azərbaycanda, Azərbaycan dilinin Albaniyada tədrisinin önəmini vurğulamışdır.

Redaktor.az xəbər verir ki, Balkan coğrafiyası ölkələrinin rəsmi dillərinin BSU-da tədris olunaraq mütəxəssislərin yetişdirilməsinin əsas hədəf olduğu xüsusilə qeyd olunmuşdur.

Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha, Tarix və Filologiya fakültəsinin dekanı Prof.Dr. Mark Marku və Albanologiya kafedrasının müdiri Prof.Dr. Dhimitri Bello ilə görüşərək Azərbaycanda ilk dəfə olaraq BSU-da qurulan Balkanşünaslıq kafedrası haqqında məlumat vermiş, kafedranın əsas hədəflərindən, universitetdə təşkil olunmuş I Balkanşünaslıq tədqiqatları beynəlxalq elmi konfransından bəhs etmişdir. Bildirmişdir ki, BSU-nun əsas hədəflərindən biri Balkan ölkələrindəki universitetlərlə əlaqələrin qurulmasıdır.


Rektor Prof.dr. Artan Hoxha Azərbaycanla Albaniya əlaqələrinin günümüzdə yüksələn xəttlə inkişaf etdiyindən bəhs edərək dil, mədəniyyət, ədəbiyyat, tarix baxımından töhfələr vermək üçün Tirana Universitetinin də Bakı Slavyan Universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, bundan ötrü nə lazımdırsa edəcəklərini bildirmişdir. Vurğulamışdır ki,  Azərbaycan mədəniyyəti, tarixi Albaniyada böyük maraqla qarşılanır, Azərbaycan Avropa qitəsində mühüm yer tutur və önəmli rol oynayır, Azərbaycan Albaniya üçün vacib ölkədir.


Konfransın yekununda alban dilinin dünyada yayılması, yeni kafedraların qurulması, alban dilinin tədrisinin təşkil edilməsi, ədəbi-mədəni əlaqələrin qurulması, yeni dil proqramlarının yazılması, konfrans, simpoziumların təşkili, web səhifənin qurulması, ortaq sillabusların, dərslik, dərs vəsaitləri və lüğətlərin hazırlanmasına dair ortaq memorandum imzalanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:426
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri