Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakı Sumqayıt yolu ilə bağlı sürücüləri düşündürən suala RƏSMİ CAVAB

Bakı Sumqayıt yolu ilə bağlı sürücüləri düşündürən suala RƏSMİ CAVAB

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda tətbiq edilən müddətsiz avtobus zolağı ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə müvafiq nəqliyyat vasitələrinin zolaqdan istifadə etmədiyi və nəticədə böyük tıxac yarandığı əks olunub.

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, bu gün avtobus zolaqları vasitəsilə yol hərəkəti iştirakçıları üçün müəyyən imkanlar yaradılıb:

Aslan Əsədov

“Lakin mövcud ərazidə həmin sahə avtobusların intensiv hərəkət etdiyi zona deyil. Bu hissə təxminən 2 kilometrlik bir yeri əhatə edir və burada hərəkət zolaqlarının sayı dörddən üçə endirilib. Sözügedən istiqamətdən cəmi 4-5 xətt üzrə avtobus keçir. Üstəlik, onların iş prinsipi əsasən metro ilə əlaqəlidir və yalnız gündüz saatlarında daha aktiv fəaliyyət göstərirlər. Bu səbəbdən ərazidə avtobus zolağının digər istiqamətlər üzrə müntəzəm sərnişin marşrutlarının istifadəsinə verilməsi və ya həmin zolaqda qırıq xətlə digər nəqliyyat vasitələrinin hərəkətinə də imkan yaradılması daha məqsədəuyğun olardı. Bu, avtomobillərin tıxacda qalmasının qarşısını ala bilər. Nəzərə almaq lazımdır ki, Bakı-Sumqayıt yolunda hərəkət ağırdır, mövcud vəziyyət yükü daha da artırır. Ona görə də məsələyə yenidən baxılmalı, vəziyyət düzgün qiymətləndirilməli və daha optimal qərar verilməlidir”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində təşkil edilən xüsusi hərəkət zolağı ilə hazırda gün ərzində 960 dəfə avtobus hərəkət edir:

“Nəticədə 90 mindən çox ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199, 500, 503, 508, 594 nömrəli marşrutlar da daxil olmaqla, ümumikdə 9 marşrut fəaliyyət göstərir.

Təşkil edilən xüsusi hərəkət zolağı ilə hərəkət edəcək marşrut və avtobus sayının artırılması nəzərdə tutulub. Bu da Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edəcək. Bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir. Hazırda ərazidə monitorinqlər davam etdirilir. Zolağın qüvvədə olma vaxtı ilə bağlı dəyişiklik ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri