Icma.az
close
up
RU
Bakı Tbilisi Ceyhan və TANAP təhlükədə deyil: Zəngəzur dəhlizi sadəcə əlavə imkanlar yaradır

Bakı Tbilisi Ceyhan və TANAP təhlükədə deyil: Zəngəzur dəhlizi sadəcə əlavə imkanlar yaradır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəngəzur dəhlizi məsələsi Cənubi Qafqaz regionunda, xüsusən də Gürcüstanda geniş müzakirə mövzusuna çevrilib. Bəzi rəsmi şəxslər əgər Azərbaycan və Ermənistan arasında sülh əldə olunarsa, bu prosesin Gürcüstanın strateji mövqeyinə və iqtisadi maraqlarına mənfi təsir göstərəcəyi barədə narahatlıqlarını bildiriblər. Lakin danışılanların fonunda bu narahatlıqların əsassız olduğu və əslində sülhlə birlikdə Zəngəzur dəhlizinin Gürcüstan üçün yeni fürsətlər yaratdığı fikri önə çıxır. 


Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında Zəngəzur dəhlizinin Gürcüstanın mövcud roluna necə təsir göstərəcəyi və regionun gələcək iqtisadi, strateji əlaqələrinin perspektivi haqqında danışıb:

"Gürcüstanda həmişə belə bir narahatlıq mövcud olub ki, əgər Azərbaycan və Ermənistan arasında sülh əldə olunsa və kommunikasiya dəhlizləri açılsa, bu, Tbilisinin beynəlxalq layihələrdən kənarda qalmasına səbəb ola bilər. Zəngəzur dəhlizinə dair Bakı mövqeyini bildirdikdən sonra isə narahatlıqlar daha da artıb. Lakin bunlar əsassızdır. Reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi Gürcüstan üçün bir təhlükə deyil, əksinə əlavə fürsətlər doğuran bir layihədir. Bu dəhliz Gürcüstan ərazisindən keçən nəqliyyat və enerji marşrutlarını əvəz etmir və etməyəcək də. Zəngəzur dəhlizi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa bağlantı qurmağa xidmət edir. Bunun daha geniş regional nəticələri olacaq. Lakin bu nəticələr Gürcüstanın mövcud rolunu sıradan çıxarmağa yönəlməyib.


Gürcüstan uzun illərdir Azərbaycanın əsas tranzit tərəfdaşıdır. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəməri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və TANAP bu əməkdaşlığın təməlini təşkil edir. Bu layihələr texniki, eyni zamanda siyasi mənada Azərbaycanla Gürcüstanı sıx birləşdirir. Burada mövqe dəyişikliyi və ya əvəzlənmə vəziyyəti yoxdur, sadəcə alternativ bağlantıların qurulması var".


Siyasi analitik Vaşinqtonda əldə edilən razılığa baxmayaraq, Ermənistanla Azərbaycanın münasibətlərinin hələ də tamamilə normallaşmadığını söyləyib: 

"Ermənistan daxilində ictimai və siyasi müqavimət hələ də çox güclüdür. Təsadüfi deyil ki, görüşdən sonra Prezident İlham Əliyev Azərbaycan mediasına verdiyi müsahibədə bu narahatlıqları dilə gətirdi. Dövlət başçısı çıxışında Ermənistanın prosesdə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməli olduğunu bir daha xatırlatdı.

Vaşinqton görüşü nə qədər məhsuldar keçsə və birgə bəyanat imzalansa da, ölkə başçısı təmkinini qorudu. Prezident açıq şəkildə İrəvana mesaj verdi ki, sülh prosesinin bu anki mərhələsi yalnız diplomatik sənədlərin imzalanması ilə yekunlaşacaq formal bir addım deyil, əksinə tərəflərin real iradəsini ortaya qoyacaq strateji seçim nöqtəsidir.

Nikol Paşinyan daxili siyasi təzyiqləri neytrallaşdırmalı, xarici qüvvələrin təsirlərinə boyun əyməməlidir. Ən önəmlisi isə Konstitusiya dəyişiklikləri məsələsi öz əksini tapmalıdır. Digər tərəfdən Zəngəzur dəhlizi açılsa da, bu dəhliz üzərindən neft və qaz boru kəmərlərinin keçməsi hələlik real deyil. Çünki Ermənistan hələ avtomobil və dəmiryolu infrastrukturunu bərpa etməyib. Gürcüstan isə artıq oturuşmuş və beynəlxalq hüquqla qorunan enerji marşrutlarına malikdir". 


Politoloq qeyd edib ki, Bakı üçün Gürcüstanla əməkdaşlıqdan imtina etmək heç bir iqtisadi məntiqlə əsaslandırıla bilməz.

"Son illərdə Azərbaycanın Avropa ilə "yaşıl enerji" sahəsindəki əməkdaşlığı da Gürcüstan üzərindən həyata keçirilir. 2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq. Layihə çərçivəsində Azərbaycanın bərpa olunan enerji potensialının Gürcüstan vasitəsilə Avropaya daşınması hədəflənib. Bu layihə yalnız Gürcüstanın tranzit rolunu qorumaqla kifayətlənmir, eyni zamanda onu gələcəyin "yaşıl enerji" körpüsünə çevirir. Təkcə bu kabel layihəsi belə təsdiqləyir ki, Gürcüstan infrastruktur baxımından strateji üstünlüyə malikdir və bu üstünlük Zəngəzur dəhlizi ilə ortadan qalxmır. Gürcüstanın bir də Poti və Batumi limanları məsələsi var. Bu limanlar, Xəzər və Qara dənizləri birləşdirən ticarət zəncirinin əsas halqalarıdır. Çin-Avropa marşrutu daxilində Gürcüstan üzərindən keçən "Orta Dəhliz" layihəsi hələ də aktuallığını saxlayır. Bakı Ələti limanını Poti və Batumi limanlarına bağlayacaq yeni layihələr üzərində işləyir. Anakliya Dərin Dəniz Limanı layihəsi də Gürcüstanın gələcəkdə logistik mərkəz kimi rolunu artıracaq. Azərbaycanın bu limanlara marağı hələ də qalır və regional yükdaşımaların mühüm hissəsi bu limanlar üzərindən həyata keçirilir. Zəngəzur dəhlizi bu limanlara alternativ ola bilməz. Çünki dəniz nəqliyyatı ilə quru yolu tam fərqli imkanlar və yük tipləri tələb edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri