Bakı Tbilisi qatarlarına tələbat niyə artıb? EKSPERT VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisidən Bakıya qatar biletlərinin qısa müddətdə tükənməsinin səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev bu istiqamətdə biletlərə tələbatın yüksək olduğunu bildirib.
Ekspertin sözlərinə görə, 2026-cı ilin may ayında Bakı-Tbilisi dəmir yolu əlaqəsi bərpa edilərkən gündə cəmi iki qatar hərəkət edirdi və hər reysdə 178 sərnişin yeri olurdu. Hazırda isə gündəlik reyslərin sayı dördə, sərnişin yerlərinin ümumi sayı isə 564-ə çatdırılıb.
Anar Əliyev qeyd edib ki, Bakıdan Tbilisiyə biletlər tapılsa da, əks istiqamətdə yerlər daha tez tükənir. Bunun əsas səbəbi Tbilisidən Bakıya səfər etmək istəyənlərin sayının çox olması və alternativ nəqliyyat imkanlarının məhdudluğudur.
Ekspert bildirib ki, xarici vətəndaşlar sərhədi müxtəlif nəqliyyat vasitələri ilə keçə bildikləri halda, Tbilisidən Bakıya səfər edənlər üçün seçim imkanları daha məhduddur. Bu da qatar biletlərinə tələbatı artırır.
Onun sözlərinə görə, sərnişin yerlərinin sayını artırmaq məqsədilə əlavə vaqonlar və reyslər mərhələli şəkildə istifadəyə verilir.
Bilet qiymətlərinin yola düşülən şəhərdən asılı olaraq dəyişdiyini də diqqətə çatdırıb. Anar Əliyev sərnişinlərə daha münasib qiymətə bilet əldə etmək üçün rəsmi internet səhifəsini və mobil tətbiqi mütəmadi yoxlamağı tövsiyə edib. Biletlər səfər tarixindən 30 gün əvvəl satışa çıxarılır.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/baki-tbilisi-qatarlarina-telebat-niye-artib-228812
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















