BAE Systems müdafiə şirkəti mindən çox iş yerini ixtisar edəcək
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Britaniyanın ən böyük müdafiə şirkəti "BAE Systems" rəqabətqabiliyyətliliyin artırılması proqramı çərçivəsində 1 070 iş yerini ixtisar etmək niyyətindədir.
AZXEBER.COM "Sky News" telekanalına istinadən xəbər verir ki, ixtisarlar, əsasən, şirkətin mərkəzi ofisini və aviasiya bölməsini əhatə edəcək.
"BAE Systems" nümayəndəsinin sözlərinə görə, qərar şirkətin çevikliyinin və rəqabətqabiliyyətliliyinin artırılması üzrə işlərin növbəti mərhələsi çərçivəsində qəbul edilib.
"BAE Systems"in aviasiya bölməsi "Eurofighter Typhoon" qırıcılarının istehsalında əsas rol oynayır, həmçinin İtaliyanın "Leonardo" və Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkətləri ilə birlikdə 2035-ci ildə yaradılması planlaşdırılan altıncı nəsil qırıcının hazırlanmasında iştirak edir.
Hazırda "BAE Systems"in Böyük Britaniyadakı müəssisə və ofislərində 50 minə yaxın şəxs çalışır, halbuki altı il əvvəl işçi heyətinin sayı 35 min idi. Onlardan 18,5 min əməkdaş aviasiya bölməsində, minə yaxını isə mərkəzi ofisdə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Noyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















