Icma.az
close
up
RU
Bakı tıxaclarına çarə Yeni zolaq salına bilər

Bakı tıxaclarına çarə Yeni zolaq salına bilər

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tıxac günümüzün ayrılmaz hissəsinə çevrilib. Artıq gündə 8 saat işə sərf olunurdusa, indi tıxaclarla birlikdə bu müddət 10 saata çatıb. İnsanların çoxu işdən çox yolda yorulur. Tıxacların azaldılması üçün yeni yollar çəkilsə də, yollarda maşın o qədər çoxdur ki, Bakıda pik saatlarda tıxac əlindən tərpənmək olmur.

Bəzi yollar var ki, artıq onları genişləndirmək mümkün deyil. Belə ki, bu yolları genişləndirmək üçün xeyli vaxt və söküntü işləri lazımdır. Bu isə demək olar ki, mümkünsüzdür. Bəs belə olan şəraitdə nə etmək olar?

Bir sıra ölkələrdə reversiv zolaqlar var. Hansı ki, Azərbaycanda da sürücülük vəsiqəsinin verilməsinə dair imtahanda bu yollarla bağlı suallar soruşulur. Belə zolaqlar günün saatına uyğun istiqamətini dəyişərək tıxacların yaranmamasını təmin edir. Belə ki, ortada çəkilən bu zolaqlar səhər saatlarında üzü şəhər tərəfə, axşam saatlarında isə əksinə istiqamətdə nəqliyyat vasitələri üçün istifadəyə aktiv olur. Bununla da, bir istiqamətdə kilometrlərlə tıxac yaranmır.

Azərbaycanda bu zolaqların salınması üçün uyğun olan kifayət qədər yollar var. Hansı ki, bu yolların ətrafında artıq yaşayış binaları belə tikilib ki, bu da yolların genişləndirilməsini çətinləşdirir. Lakin, reversiv hərəkətin təşkili ilə bu problemi həll etmək olar.

Reversiv hərəkət sistemi nəinki tıxacın qarşısını alır, eyni zamanda mövcud yol infrastrukturundan maksimum istifadə etməyə şərait yaradır. Belə bir sistemin tətbiqi həm səhər, həm də axşam saatlarında nəqliyyatın axıcılığını təmin edə bilər ki, bu da işə gedib-gələn vətəndaşlar üçün vaxta qənaət deməkdir.

Bununla yanaşı, reversiv zolaqların təşkili üçün yol nişanlarının, işıqforların və kameraların da uyğunlaşdırılması vacibdir. Bu sistemin təhlükəsiz və səmərəli işləməsi üçün sürücülərin məlumatlandırılması, maarifləndirilməsi və qaydalara ciddi əməl etməsi şərtdir. Texnoloji imkanlardan istifadə edilərək real vaxt rejimində istiqamətin dəyişdirilməsi və nəzarət prosesinin avtomatlaşdırılması mümkündür.

Sonda qeyd etmək lazımdır ki, tıxac probleminin tam həlli üçün təkcə yeni yollar və reversiv sistemlər deyil, ictimai nəqliyyatın inkişafı, sürücülük vəsiqəsi verilməsi qaydalarının sərtləşdirilməsi də mühüm rol oynayır.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri