Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı hər gün tıxaclarda boğulur, çarə yoxdur

Bakı hər gün tıxaclarda boğulur, çarə yoxdur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtobus zolaqlarını vəzifəli şəxslərin avtomobilləri zəbt edir


“Avtobus zolağı tıxacı həll edəcək başlığı ilə indiyə kimi səhv bir məlumat yayılıb, insanları aqressivləşdirir” 


Tədris ili, gözlənildiyi kimi tıxacla başladı. Hansı günümüz tıxacsız oldu ki?!. Avtobus zolaqları çəkildi, velozolaq da çəkildi, paytaxta yeni skuterlər, velosipedlər gətirildi, onlar üçün müasir dayanacaqlar, parklanma yerləri təşkil edildi, bir sıra küçələrimiz piyada yönümlü oldu, bio-avtobuslar da yollarda göründü… tıxac azalmadı ki, azalmadı. Nə bəladı, düşmüşük, səbəbi bilinsə də, çarəsi tapılmır. Uşaqlar yollarda, böyüklər yollarda. İnsanlar günün 24 saatının bəlkə də 6 saatını yollarda keçirir. Orta və ali məktəblərdə tədris başlananda isə müsibət daha da böyüyür, genişlənir. 


Yenə tıxac, yenə xəbərdarlıq

Dünən sentyabrın 15-də səhərin ilk xəbərlərindən biri hansı yollarda tıxacların olmasıyla bağlı idi. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilirdi ki, Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Həmişəkim kimi, Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası,  Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti, Atatürk prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyasınadək, Əbdülvahab Salamzadə, Əhməd Rəcəbli, Yusif Səfərov küçələri və sair. Bu yollar həmişə tıxaclıdı. 

Yeni tədris prosesinin başlanması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına yenə də müraciət edib. Müraciətdə deyilir ki, tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır. Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar. Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir. Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar.


“Yaşıl dalğa” da kömək etmir

Məlumdur ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edir. Bunlar  Rəşid Behbudov, Mikayıl Müşfiq, “28 May”, Yusif Səfərov”, Məhəmməd Füzuli, Həsən bəy Zərdabi, Səməd Vurğun, Həsənoğlu, Ceyhun Hacıbəyli, Akademik Həsən Əliyev… və sair, Şah İsmayıl Xətai, Mətbuat, İnşaatçılar… və sair prospektlərdir. Amma göründüyü kimi, hətta “Yaşıl dalğa” da tıxacların qarşısını almaqda acizdir. Niyə? 


Zolaqlar zəbt olunur 


Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev hesab edir ki, alternativ nəqliyyat həllərindən geniş istifadə edilmədikcə vəziyyət düzəlməyəcək: 



- Bəzi yollarda sürücülər alternativ velosiped yolunu da avtomobillə zəbt edirlər. Nəticədə yol hərəkəti sıxlığı azalmaq əvəzinə daha da artır, velosipedçilər üçün yaradılmış infrastruktur funksiyasını itirir, nəqliyyat sistemində balanssızlıq yaranır. Əslində isə belə zolaqların məqsədi avtomobil yükünü azaltmaq, şəhərdə daha çevik və ekoloji təmiz hərəkət formasını təşviq etməkdir. Lakin indiki kimi yanaşma davam edərsə, alternativlər də sıradan çıxar və sıxlıq problemi heç vaxt aradan qalxmaz. Avtobus zolaqlarının da bir çox hallarda digər avtomobil vasitələri tərəfindən zəbt olunduğunu görürük. Halbuki avtobus və velo zolaqlarının əsas ideyası – ictimai nəqliyyat və velosiped hərəkətinə üstünlük verərək, tıxacı azaltmaq və şəhərdə hərəkəti daha dayanıqlı etməkdir. Ancaq bu zolaqların bütün digər avtomobillərə açılması (ya rəsmi qərarla, ya da real praktikada polis və icra orqanlarının nəzarətsizliyi ucbatından) bir neçə nəticə doğurur: avtobus zolağı avtobusdan çox şəxsi avtomobillə dolur, nəticədə avtobus əvvəlkindən də yavaş hərəkət edir. Velosipedçilər üçün təhlükəsizlik itkisi yaranır, zolaqda sürətli maşınlar hərəkət etdikcə velosipedçilər oradan sıxışdırılır. Qanunun etibarsızlaşması baş verir. “Əgər hamı “girirsə”, mən də “girim” psixologiyası yaranır. İctimai nəqliyyata etimad azalır, insanlar avtobusun ləngidiyini görüb yenidən şəxsi maşına yönəlir. Urbanistik geriləmə baş verir, şəhər planlamasında prioritet şəxsi avtomobilə keçir, bu da uzunmüddətli tıxac problemini artırır. Yəni avtobus və velo zolaqlarının deqradasiyası fiziki yox, hüquqi və funksional şəkildə baş verir – “ayrılmış zolaq” anlayışının dəyəri itir. Avtobus zolaqlarının çəkilməsi ilə tıxaca alternativ formalaşıb ən azından, bu reallıqda seçim imkanı var.


Yollarımız “butılka”dı?   

Əhalinin narazılığı həm də budur ki, avtobus zolaqlarını vəzifəli şəxslərin avtomobilləri zəbt edir. Bilinmir ki, bu zolaqlar avtobuslar üçündür, yoxsa bəzi məmurlar üçün. Avtobus zolaqları zəbt olunduğundan ictimai nəqliyyatın hərəkətinə maneələr yaranır, avtobuslararası interval böyüyür, bu da sərnişin sıxlığına səbəb olur. Problemlərdən biri avtobus zolaqlarının kəsintili olması, bu səbəbdən də effektivliyin azalmasıdır. Məsələn, Dərnəgül, Təbriz küçəsi və digər yollarda kəsintilər var deyə avtobuslar yenə tıxaclara düşür. Belədə insanlar nə ictimai, nə də şəxsi nəqliyyatdan tam istifadə edə bilir. Ona görə radikal qərar alıb, sıx olan yollarda belə 2 zolağın birini avtobuslara vermək lazımdır. Nəqliyyatın axıcılığını başqa cür təmin mümkün olmayacaq. Avtobuslar tıxacda qalırsa, xüsusi zolağın effekti yoxdur. Çeşidli ictimai nəqliyyat növləri olmalıdır, o yoxdursa, ən azından mövcud olan normal işləməlidir. Əlimizdə olan tək şey avtobusdur, ona prioritet verilməlidir, amma yoxdur. Avtobus zolağı tıxacı azaltmır, tıxacda alternativ verir, tıxac olan yerə avtobus zolağı həmin tıxac daha olmasın deyə çəkilmir, həmin küçədən keçəcək insan sayını artırmaq üçün çəkilir. Avtobus zolağı tıxacı həll edəcək başlığı ilə indiyə kimi səhv bir məlumat yayılıb, insanları aqressivləşdirir. 


Sosial şəbəkədə Ceyhun Sadiqov adlı istifadəçi isə bunları yazıb: 

- Ay kişi, bəsdirin də!.. İctimai nəqliyyat, avtobus, metro… bəsdirin! Siz elə hesab edirsiz ki, ictimai nəqliyyat tam inkişaf eləsə, hamı maşını atıb avtobusa minəcək!? Boş söhbətdi. Ömür boyu ictimai nəqliyyata ancaq tələbələr, yeniyetmələr, bir də təqaüdçülər minib! Hə, bir də maşını olmayan. Yoxsa həyətində 2020-nin hibrid "Toyota Corolla"sı olan adam durub sənin “BakuBus”una minən deyil! Problem bilirsiz nədi? Ümumiyyətlə, tıxac niyə yaranır, ona görə ki, yollar butulka effektindədi. Və  avtoban tiplidi, səbəb budu. Şəhərin içində 3-4 “palasa” yol olar? Bu boyda körpülər olar?! Bura magistraldı, nədi?! Tıxacın 1 nömrəli səbəbi yolların “butulka” effektində olmasıdı, axın çoxdu, maşın sel kimi gəlir və 5 palasadan girir 1 palasaya! Həmçinin, konflikt zonalar çoxdu, yol ayrıcıları səhv çəkilib, yolu elə düzəldiblər, axınlar gəlir toqquşur! Bu da sıxlıq yaradır, hərəkət dayanır. Konflikt zonadı bütün yollar. “Svetaforlar” səhv işləyir, düzgün nizamlanmır. Bütün yollar səhv çəkilib. Sürücü faktoru da var. Sürücülər  şəhərin içində bərk sürürlər, 80-90 km ona görədir ki, trafik stabil hərəkət edə bilmir, sürətlə sürürlər, irəlidə hamısı birdən dayanır, tıxac yaranır. Təbii, onların bərk sürməsinə səbəb yol infrastrukturudu, şəhərin içində bu boyda enli yollar çəkəndə, əlbəttə, sürücülər bərk sürəcək. Yolları elə çəkmək lazımdır ki, istəsən də, bərk sürmək alınmasın. Vəssalam, tıxacların səbəbi budur. Yollar düzəlsə, tıxac olmaz! Yollar məhduddur, şəhər məhduddur, amma avtomobil sayı dayanmadan artır. Artan tələbi ödəməyən şəhərdə tıxac qaçılmazdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri