Icma.az
close
up
RU
Hüceyrələrdən yumurtalara: Sonsuzluğa yeni çarə

Hüceyrələrdən yumurtalara: Sonsuzluğa yeni çarə

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tədqiqat ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri tərəfindən aparılıb. Universitetin mamalıq və ginekologiya üzrə professoru, tədqiqatın həmmüəllifi Paula Amatonun sözlərinə görə, elmdə yenilik sayılan bu proses üzərində hələ lazımınca araşdırmaya ehtiyac var. O diqqətə çatdırıb ki, b elə bir nəsilartırma üsulu yumurta və ya sperma çatışmazlığı ucbatından dünyaya övlad gətirə bilməyən milyonlarla insan üçün ümid işığıdır. Yenilik həmçinin yaşı, yaxud müəyyən xəstəliyi (xərçəng və s.) səbəbi ilə orqanizmində artıq canlı yumurta əmələ gəlməyən qadınlarda sonsuzluğu da aradan qaldıra bilər.
Alimlərin verdikləri məlumata əsasən, bu üsulun müəyyən problemlərlə, xüsusən də rüşeymdə xromosom anomaliyaları ilə nəticələnməsi də qaçılmazdır.

(Oreqon Sağlamlıq və Elm Universitetinin mamalıq və ginekologiya üzrə professoru Paula Amato)
"Universitetin laboratoriyasında yaradılmış 82 yumurtanın yalnız 9%-i süni mayalandırmanın altıncı günündə formalaşmağa başlayıb. Müəyyən mərhələdə isə bütün yumurtaların inkişafı dayanıb. Hər halda, çatdığımız nöqtə, az qala, möcüzədir", - universitetin Rüşeym Hüceyrə və Gen Terapiyası Mərkəzinin direktoru, tədqiqatın baş müəllifi Şuxrat Mitalipov deyib.

(Oreqon Sağlamlıq və Elm Universitetinin Rüşeym Hüceyrə və Gen Terapiyası Mərkəzinin direktoru Şuxrat Mitalipov)
Sauthempton Universitetinin reproduktiv tibb üzrə professoru Yig Çon tədqiqatla əlaqədar vurğulayıb ki, alimlər məhz ilk dəfə adi bədən hüceyrələrindən alınmış DNT-ni yumurtaya yerləşdirib aktivləşdirərək, onun reproduktiv imkanlarını üzə çıxarıblar. Professorun sözlərinə əsasən, proses əsnasında adi DNT yumurta və spermanı əmələ gətirən xüsusi addımları yamsılayaraq öz xromosomlarını yarıya bölüb.
"Mitomeyoz" adlanan bu elmi sıçrayış o deməkdir ki, alimlər təbii hüceyrə bölünməsini kənar müdaxilə hesabına həyata keçiriblər. Bu yenilik gələcəkdə daha da təkmilləşdirilsə, mümkün mənfi nəticələrin qarşısı alınarsa, sonsuzluq problemini kökündən dəyişə, sonsuz sayılan şəxslərdə yumurta və ya spermaya bənzər hüceyrələr yaratmaq məqsədilə işlədiə bilər", - alim söyləyib.
Edinburq Universitetinin klinik reproduktiv elm professoru Riçard Anderson da tədqiqatı yüksək qiymətləndirib. Onun fikrincə, çatışmazlıqlara baxmayaraq, bu üsul bir çox qadın üçün öz genetik övladını dünyaya gətirmək fürsətidir.
Hazırda tədqiqatçılar bu elmi yeniliyin tibbi cəhətdən təhlükəsiz və effektiv sayılması, habelə layihəyə dövlət səviyyəsində icazə verilməsi üzrə işlər aparırlar. Onlar bildirirlər ki, bu məqsədlə hələ azı 10 il əlavə tədqiqatlar həyata keçirilməlidir.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri