Bakı üçün regional sabitliyin möhkəmlənməsi sahəsində yeni imkanlar açılır
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə tamhüquqlu üzv olması bir çox parametrlər üzrə ölkəmiz üçün faydalıdır”.
Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, siyasi və təhlükəsizlik perspektivindən baxdıqda, tamhüquqlu üzvlük Bakı üçün regional sabitliyin möhkəmlənməsi sahəsində yeni imkanlar açır:
“Azərbaycan, regional təhlükəsizlik, transsərhəd risklərin idarə olunması və humanitar məsələlərdə daha fəal rol oynaya bilər. Bu, həm də ölkənin diplomatik nüfuzunu artıraraq Mərkəzi Asiya ilə çoxvektorlu münasibətlərinin dərinləşməsinə gətirib çıxarır”.
Politoloq qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü ölkənin regional liderliyini möhkəmləndirir və ticarət, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə geniş perspektivlər açır:
“Bakı üçün əsas çağırış, bu fürsəti strateji planlaşdırma və balanslı diplomatiya vasitəsilə maksimum dərəcədə istifadə etməkdir. Bu addım Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyada daha aktiv, söz sahibi və inteqrasiyaedici rol oynamasına imkan yaradacaq”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar mövcuddur
21 Yanvar 2025 16:48
Azərbaycan üçün yeni imkanlar açılır
27 Noyabr 2025 13:44
“Yaşıl enerji sahəsində Türkiyə üçün böyük imkanlar açılır
10 Dekabr 2024 17:50
“Sabancı” holdinqinin nümayəndəsi: Yaşıl enerji sahəsində Türkiyə üçün böyük imkanlar açılır AZƏRTAC
10 Dekabr 2024 17:19
21 illik sanksiyalar bitdi: Suriya üçün yeni imkanlar açılır
04 İyul 2025 15:33
Baxış sayı:41
Bu xəbər 18 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















