Icma.az
close
up
RU
Əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar mövcuddur

Əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar mövcuddur

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlər əsas faktordur. Azərbaycan xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Daim bu əlaqələrin yeni sahələr üzrə inkişafı istiqamətində səylər göstərir. Hazırda Azərbaycanın beynəlxalq münaibətlər sistemində artan rolu, regionda ölkəmizin iştirakı olmadan hansısa layihənin həyata keçirilməsinin mümkünsüzlüyü özündə bütün məqamları ehtiva edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə oldu. Cənab İlham Əliyev Gürcüstanın Baş naziri ilə təkbətək, geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata birgə bəyanatlarında iki dost ölkənin, xalqın tarixə söykənən əlaqələrindən, atdıqları addımlardan, reallığa çevirdikləri layihələrdən geniş bəhs etdi. Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edərkən ilk olaraq enerji sahəsində əməkdaşlıq göz önünə gəlir. Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin siyasi iradəsi əsasında çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri reallığa çevrildi. Regional əməkdaşlığın əsası qoyuldu. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Zaman keçdikcə regional əməkdaşlıq beynəlxalq səviyyəyə yüksəldi. Dünyanın enerji təhlükəsizliyinin təminatında hər üç dövlətin rolu artır. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, təməl üzərində formalaşan münasibətlər artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilir. Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun tarixi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər. O vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Bu gün onların davamçıları Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər. Möhkəm təmələ əsaslanan dostluğumuz, qardaşlığımız bu gün yüksək səviyyədədir. Gürcüstanın Baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsinin böyük əhəmiyyəti olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan əlaqələri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu əminliyi ifadə etdi ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var: “Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək”.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri