Bakı Vağzalından qatarların hərəkətinə məhdudiyyət qoyulacaq? Körpüdə çatlar yaranıb... (VİDEO)
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bakının Nəsimi rayonunda yerləşən və qatarların hərəkəti üçün nəzərdə tutulan körpülərdən birində təhlükəli çatlar əmələ gəlib.
Qaynarinfo xəbər verir ki, söhbət "Trump Tower" və "Excelsior" otellərinin yaxınlığında yerləşən körpüdən gedir. Artıq mütəxəssislər sözügedən körpüdə sürüşməyə görə araşdırmaya başlayıblar.
Sürüşmənin davam edib-etmədiyini müəyyən olunması üçün çat olan hissələrə kağız parçası yapışdırılıb. İddia olunur ki, sürüşmə davam edərsə, Bakı Dəmiryol Vağzalından qatarların regionlara gediş-gəlişinə müəyyən vaxta qədər məhdudiyyət qoyula bilər.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, Bakı sərnişin-Keşlə sahəsinin 2 km-də yerləşən körpünün konstruksiyasında, yükdaşıma elementlərində heç bir problem yoxdur. Körpü tikilərkən həmin ərazinin abadlaşdırılması çərçivəsində aidiyyəti qurum tərəfindən o cümlədən aqlaylama işləri görülüb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 03 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















