Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Bakı Vaşinqton dialoqunun qızıl dövrü

Bakı Vaşinqton dialoqunun qızıl dövrü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbin Şərqə açılan mötəbər strateji qapısı

2025-ci il tarixi təqvimlərə Azərbaycan diplomatiyasının və dövlətçilik tarixinin ən parlaq, həlledici mərhələsi kimi həkk olundu. Rəsmi Vaşinqtonla Bakı arasındakı münasibətlərin daha ali və strateji müstəviyə keçidi bütövlükdə Avrasiya geosiyasətində yeni düzənin qurulmasıdır.

İllər uzunu okeanın o tayından gələn soyuq küləklərin, süni maneələrin və lobbi maraqlarına xidmət edən siyasi baryerlərin aradan qalxması yerini praqmatizmə, qarşılıqlı hörmətə və milli maraqların dəqiq uzlaşmasına əsaslanan sağlam dialoqa verdi. Ötən ilin yekunlarına, cərəyan edən qlobal proseslərə nəzər saldıqda aydın olur ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə yaranan intibah dövrü təsadüfi xarakter daşımır. Əksinə, bu, zamanın diktəsi və tərəflərin siyasi iradəsinin məntiqi nəticəsidir. Mövcud reallığı şərtləndirən amilləri təhlil edərkən, ilk növbədə, regionda yaranmış yeni status-kvonu və Vaşinqtondakı siyasi rəhbərliyin dəyişməsini xüsusi qeyd etmək lazımdır. Çünki Donald Tramp administrasiyasının hakimiyyətə qayıdışı Ağ Evin xarici siyasət kursunda ideoloji ehkamlardan uzaq, realpolitik prinsiplərinə söykənən yanaşmanın üstünlük təşkil etməsinə gətirib çıxardı.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyevin mövcud geosiyasi mənzərənin dəqiq təhlilini apararaq səsləndirdiyi fikirlər yaranmış reallığın mahiyyətini tam dolğunluğu ilə ifadə edir. 2025-ci il Azərbaycan–ABŞ münasibətlərinin kontekstində tarixi il sayıla bilər. Həmin strateji tezis gələcək əməkdaşlıq perspektivlərinin açılması baxımından mühüm həqiqəti əks etdirir. Sirr deyil ki, illərdir münasibətlərin üzərində qara bulud kimi asılan süni məhdudiyyətlərin, saxta hüquqi baryerlərin faktiki olaraq gündəmdən düşməsi və ya təsir gücünü itirməsi məhz həmin praqmatik yanaşmanın təzahürüdür. Burada əsas hərəkətverici qüvvə Ermənistan–Azərbaycan müharibəsinin rəsmən, birdəfəlik sona çatması, sülh müqaviləsinin paraflanması və tərəflər arasında imzalanan Birgə Bəyannamənin ABŞ Prezidentinin şahidliyi ilə təsdiqlənməsi faktıdır. Diplomatik münasibətlərin tarixində nadir hallarda rast gəlinən intensivlik və məhsuldarlıq 2025-ci ilin xarakterik xüsusiyyəti olmuşdur.

Ötən ilin oktyabr ayından etibarən Azərbaycan tərəfindən nazirlər, özəl sektor təmsilçiləri və yüksək rütbəli dövlət rəsmilərindən ibarət 4 mötəbər nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfər etməsi dialoqun konkret nəticələrə hesablandığını sübut edir. Təmasların məzmununa diqqət yetirdikdə, müzakirə olunan məsələlərin iqtisadiyyat, ticarət, nəqliyyat, “yaşıl enerji” və ən əsası, hərbi-sənaye kompleksini əhatə etməsi tərəflərin əməkdaşlığı şaxələndirmək niyyətini ortaya qoyur. Xüsusilə strateji işçi qrupunun yaradılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar Bakı–Vaşinqton əlaqələrinin hüquqi-siyasi bazasının yenidən qurulduğunu göstərir. Hazırlanan xartiya gələcək onilliklər üçün yol xəritəsi rolunu oynayacaq mühüm sənəddir. Prosesin reallaşması ilə Azərbaycan ABŞ-ın regiondakı ən etibarlı, əvəzolunmaz tərəfdaşı statusunu rəsmiləşdirmiş olacaq. Analitik baxımdan ən mühüm məqamlardan biri, şübhəsiz ki, Zəngəzur dəhlizi məsələsindəki qətiyyətli irəliləyiş və Ağ Evin mövqeyindəki müsbət dinamikadır. Uzun illər Azərbaycan xalqının arzusunda olduğu Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsi arasındakı quru əlaqəsinin bərpası artıq geosiyasi reallığa çevrilib. Rəsmi Vaşinqtonun məsələyə dəstək verməsi, layihənin reallaşmasını təsdiqləməsi Zəngəzur dəhlizinin qlobal əhəmiyyətli arteriya olduğunu ortaya qoyur.

Tramp administrasiyasının layihəyə dəstəyi Amerikanın Çin və Rusiya kimi rəqiblərin nəzarətində olmayan alternativ logistik marşrutlara olan ehtiyacından irəli gəlir. Orta Dəhlizin strateji seqmenti olan Zəngəzur yolu Qərbin Avrasiyanın dərinliklərinə çıxışını təmin edən yeganə etibarlı qapıdır. Rəsmi Vaşinqton isə həmin qapının açarının Bakıda olduğunu gözəl anlayır. Faktiki olaraq, 2025-ci ildə baş verən proseslər Ermənistanı revanşizm xülyalarından əl çəkərək reallığı qəbul etməyə məcbur etmiş, Azərbaycanın yaratdığı reallıqlar beynəlxalq hüququn və qlobal güclərin legitimlik möhürü ilə təsbit olunmuşdur. Ermənistanla normallaşma prosesi çərçivəsində Azərbaycanın irəli sürdüyü bütün şərtlərin qəbul edilməsi və məsələlərin istədiyimiz məcrada həllini tapması Prezident İlham Əliyevin dəmir iradəsinin və uğurlu diplomatik strategiyasının təntənəsidir.

Baş verən tarixi proseslərin və əldə olunan razılaşmaların gələcək perspektivlərini proqnozlaşdırdıqda hadisələrin inkişaf ssenarisini bir neçə strateji istiqamətdə görmək mümkündür ki, bunlardan birincisi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən qurulmasıdır. Azərbaycan–ABŞ strateji tərəfdaşlığı regionda güc balansını köklü şəkildə dəyişəcək, ölkəmiz Qərbin regiondakı əsas təhlükəsizlik tərəfdaşına çevriləcək. Ehtimal etmək olar ki, yaxın gələcəkdə Əsas NATO tərəfdaşı statusunun və ya buna bərabər tutulan xüsusi təhlükəsizlik formatının Azərbaycana şamil edilməsi məsələsi gündəmə gələcək. İkinci mühüm istiqamət Zəngəzur dəhlizinin qlobal logistik haba çevrilməsidir ki, dəhlizin açılması ilə paralel olaraq, regionda nəhəng infrastruktur bumu yaşanacaq. Amerika şirkətlərinin iştirakı ilə dəmir yolları, avtomobil magistralları və logistik mərkəzlərin tikintisi sürətlənəcək. Proses sadəcə nəqliyyatla məhdudlaşmayacaq, enerji və rəqəmsal kommunikasiya xətlərinin, o cümlədən fiber-optik kabellər, “yaşıl enerji” dəhlizlərinin də həmin marşrutla keçməsi Azərbaycanı Avrasiyanın rəqəmsal, enerji qovşağına çevirəcək. Üçüncü istiqamət investisiya mühitinin liberalizasiyası və texnoloji transferdir ki, Strateji Xartiyanın imzalanmasından sonra hüquqi bazanın təkmilləşdirilməsi Amerika texnologiya nəhənglərinin Azərbaycan bazarına daxil olmasını stimullaşdıracaq və süni intellekt, kibertəhlükəsizlik, kosmik sənaye sahələrində birgə layihələrin icrası reallaşacaq. Dördüncü istiqamət Ermənistanın daxili transformasiyası və regional inteqrasiyadır, çünki sülh sazişinin qüvvəyə minməsi, kommunikasiyaların açılması nəticəsində Ermənistan tədricən regional layihələrə cəlb olunacaq, lakin proses Azərbaycanın diktə etdiyi şərtlər daxilində baş verəcək.

2025-ci il Azərbaycan–ABŞ münasibətlərində tarixi paradiqmanın dəyişməsi ili oldu. Prezident Donald Trampın praqmatik yanaşması və Prezident İlham Əliyevin strateji uzaqgörənliyi sayəsində qurulan müvafiq ittifaq bütövlükdə geniş Avrasiya məkanının siyasi mənzərəsini şəkilləndirən əsas amilə çevrildi. Artıq Azərbaycan dünya qlobal proseslərə təsir etmək gücündə olan bərabərhüquqlu subyektdir və Vaşinqtonla qurulan yeni müttəfiqlik modeli bu reallığın ən bariz sübutudur. Tarix sübut edir ki, güclü dövlətlər öz gələcəklərini xarici qüvvələrin ümidinə buraxmır, əksinə, şəxsi maraqlarını qlobal güclərin maraqları ilə uzlaşdıraraq milli hədəflərinə çatırlar.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri