Icma.az
close
up
RU
Bakı Vaşinqton təmaslarında həlledici faktor

Bakı Vaşinqton təmaslarında həlledici faktor

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevə münasibət amili

Hazırda Prezident İlham Əliyevin ABŞ-a səfəri fonunda müzakirə edilən başlıca məsələlərdən biri də Birləşmiş Ştatların Prezidenti Donald Trampın ölkəmizin liderinə münasibətidir. Bəri başdan deyək ki, münasibət yüksək səviyyədədir və fikrimizin təsdiqi baxımından bir çox məqamların üzərində dayanmaq mümkündür. Ancaq əvvəlcə başqa nüansa diqqət yetirək. 

Məlumdur ki, cənab Tramp ilk dəfə ABŞ prezidenti olduğu 2017–2021-ci illərdə bir çox dünya lideri ilə münasibətlərində qeyri-adi, bəzən  diplomatik etiketdən uzaq kimi qiymətləndirilən  davranışlarla yadda qalıb. Məsələn, o, Almaniyanın sabiq Kansleri Angela Merkelin əlini sıxmaqdan imtina etmişdi. Bu mənada Fransa Prezidenti Emmanuel Makronla bağlı durum bir qədər fərqlidir. Tramp fransalı həmkarının əlini o qədər uzun müddət, özü də möhkəm sıxılmış halda saxlamışdı ki, həmin səhnəyə əl sıxmaq döyüşü də deyilir. Amma bu, hələ son deyil. ABŞ lideri NATO sammiti zamanı Makronu  əməlli başlı aşağılamışdı. Belə ki, birinci ikincini təhqirə yaxın şəkildə tənqid etmiş, Fransanın ümumi maraqlar naminə daha çox pul xərcləməli olduğunu bildirmişdi. Təfərrüatlara varmadan onu da deyək ki, ABŞ Prezidentinin Kanadanın baş nazirinə xoşagəlməz qiymətləndirilən münasibəti də olub, Almaniyanı Rusiyanın əsiri qismində qələmə verdiyi vaxtlar da. 

Cənab Trampın qeyri-adi davranışlarına hansısa formada haqq qazandırmaq niyyətindən uzağıq. Amma onu deməliyik ki, Birləşmiş Ştatlar lideri, loru dildə desək, kimə nə etdiyini, kiminlə nə cür, hansı formada davrandığını yaxşı bilir. Heç şübhəsiz, hamını tanıyır, hər kəsdən xəbərdardır. Elə götürək, Makronu. Belə bir avantüristə, Fransa adına rüsvayçılıq olan şəxsə necə normal yanaşasan? Eləcə də Makronun dirijor çubuğu ilə hərəkət edən Avropanın bir çox rəhbərlərini saya salmaq vaxt itkisindən başqa bir şey deyil. Tramp üçün isə vaxt qızıldır. Bütün bunlara görədir ki, dünyada Trampın ayrı-ayrı ölkə başçılarına münasibəti ayrıca müzakirə mövzusudur. 

Əlqərəz, Prezident Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökuməti arasında Anlaşma Memorandumunun imzalanması zamanı Prezident İlham Əliyevə xitabən “Xalqınız böyük xalqdır”, “Siz böyük lidersiniz” dedi. Birləşmiş Ştatlar liderinin ölkəmizin başçısına münasibətinin daha parlaq təzahürünə nəzər salaq: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

Ümumən Ağ Evin rəmzi açarlarının təqdim edildiyi dövlət başçılarının sayı çox az olar. Hər halda, bununla bağlı məlumata təsadüf edilmir. Cənab Trampın iltifatına gəlincə, onun xoş sözləri Prezident İlham Əliyevin şəxsində, ümumən, Azərbaycan xalqına ünvanlanıb. Çünki Ağ Ev rəhbəri xalqımızın keçdiyi ağır məşəqqətlərdən agahdır. Məşəqqətlərdən və çətinliklərə sinə gərmək, düşdüyü ağır durumla, işğalla barışmamaq əzmindən də həmçinin. Bu, son dərəcə mühüm amildir. Nəzərə alaq ki, dünya, hər bir halda, güc dünyasıdır. Azərbaycan haqqı və ədaləti güc yolu ilə bərqərar edib. Ölkəmizdə heç yerdə olmayan, səmimi əsaslara malik xalq-iqtidar vəhdəti var. Belə bir vəhdət yalnız yüksək dəyərə layiqdir. Prezident Tramp məhz həmin dəyəri ifadə etdi. Meydana ritorik sual çıxır: Məsələn,Fransada, yaxud Qərbin hansısa ölkəsində oxşar durum varmı? 

Bəli, Azərbaycandakı xalq-iqtidar vəhdəti özlüyündə ənənədir. Bu ənənənin banisi Ulu öndər Heydər Əliyevdir. Prezident İlham Əliyev isə onu inkişaf etdirərək, ideoloji əsasları daha da möhkəmləndirib, dolğun məfkurəvi struktur formalaşdırıb. Xalq-iqtidar vəhdəti özünün ən parlaq təcəssümünü 44 günlük Vətən müharibəsində göstərdi. Heç şübhəsiz, okeanın o tayında mərd övladlarımızın savaş qəhrəmanlığından yaxşı xəbərdardırlar. 

Cənab Trampın Prezident İlham Əliyevə müstəsna münasibəti kontekstində vurğulanmalı daha bir məqama diqqət yetirməzdən əvvəl dövlətimizin başçısının Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində dilə gətirdiyi bir fikrə nəzər salaq: “Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.  

Məlum olduğu kimi, cənab İlham Əliyev Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişi ləğvindən söz açır. Bu düzəlişin 1992-ci ildə torpaqlarımızın işğalının yaşandığı bir vaxtda qəbul edildiyi məlumdur. Həmin vaxt ABŞ-dakı erməni lobbisinin səyləri ilə ərsəyə gəlmiş sənəd Azərbaycanın, guya, Ermənistanı blokadaya aldığı və buna görə ölkəmizin, bir növ, cəzalandırıldığı məntiqini rəhbər tutmuşdu. Bu məntiqin isə ölkəmizə qarşı görünməmiş ədalətsizlik payı var. 

Prezident İlham Əliyevin diqqətə çatdırdığımız iqtibasdakı fikirləri “907”nin nümayişkəranə ləğvinin böyük siyasi jest mahiyyətini açıqlayır. Jestin müəllifi olan Tramp, eyni zamanda, ölkəsindəki anti-Azərbaycançı qüvvələri susdurur.  Bu hərəkət Prezident İlham Əliyevli Azərbaycanın keçdiyi yola böyük dəyərdir. Heç şübhəsiz, bu dəyər də ölkəmizin liderinin şəxsinə olan yüksək münasibətdən qaynaqlanır. 

Bu dəyərin nəticəsidir ki, hazırda Azərbaycan-ABŞ münasibətləri tamamilə yeni bir mərhələyə - strateji tərəfdaşlığa doğru inamla irəliləyir. Vaşinqtonda tərəfdaşlığın möhkəm təməli qoyuldu və məsələ barədə beynəlxalq aləmə müstəsna mesaj verildi. Əlbəttə, ən böyük mesaj Cənubi Qafqazda sülhdür. Sülhün isə cənab İlham Əliyevin təbirincə desək, dünyanın birinci dövlətinin möhtəşəm Prezidentinin real təminatı var. 

Sonda yekun qənaətə gələrək deyək ki, Prezident Trampın Azərbaycan Prezidenti İlham Əliyevə yüksək səviyyəli münasibəti yeni mərhələyə qədəm qoymuş Bakı-Vaşinqton təmasları üçün mühüm və həlledici faktordur. Heç şübhəsiz, bu faktor gələcəyə hesablanmış yüksək dəyərdir. Elə bir dəyər ki, özündə dinamizmi və çevik fəaliyyət prioritetini birləşdirməklə, qlobal dəyişikliklərin təsirindən müdafiə potensialını və immunitetini daşıyacağı indidən şübhə doğurmur. 

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Avqust 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri