Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir

Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Berlində baş tutan danışıqların yekunlarına əsasən bu gün Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən imzalanmış Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə, iki ölkə arasındakı münasibətlərin daha əhatəli mərhələyə keçdiyini göstərir.

525.az xəbər verir ki, sənədin əhəmiyyəti təkcə əməkdaşlıq istiqamətlərinin genişliyi ilə deyil, ilk dəfə olaraq siyasi dialoq, iqtisadiyyat, energetika, nəqliyyat, təhlükəsizlik, texnologiyalar və humanitar əlaqələrin vahid uzunmüddətli "yol xəritəsi" çərçivəsində birləşdirilməsi ilə müəyyən olunur.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya ilə imzalanmış sənədlərin ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracağına əmin olduğunu ifadə edib: "Biz uzun müddətdir ki, strateji dialoqun başlanmasını arzulayırdıq və bu gün bu məqsədə nail olduq".

Bəyannamənin bəndlərinin icrası üçün Azərbaycan və Almaniya işçi qrupları yaratmağı planlaşdırır. "Bugünkü bəyannamədə konkret bəndlər və planlar da öz əksini tapıb. Bu gün imzalanmış sənədlərin mümkün qədər tez icrasını təmin etmək üçün bir neçə işçi qrupu yaradılacaq", - Prezident vurğulayıb.

Sənəd ikitərəfli münasibətlər gündəliyinin yeni çərçivəsini formalaşdırır. Bu baxımdan söhbət təkcə mövcud əməkdaşlığın genişləndirilməsindən deyil, həm də ikitərəfli, regional və qlobal çağırışlara eyni vaxtda cavab verə biləcək daha dayanıqlı əməkdaşlıq sisteminin formalaşdırılması niyyətindən gedir.

Bu sistemin əsas elementlərindən biri siyasi dialoqun institusional əsasda qurulmasıdır. Nazirliklər və dövlət qurumları arasında müntəzəm məsləhətləşmələr, yüksək səviyyəli səfərlərin mübadiləsi və tematik dialoqlar qarşılıqlı fəaliyyəti daimi və dərin etməyə imkan verir. Bu, gündəliyi tədricən ayrı-ayrı siyasi məsələlərin çərçivəsindən kənara çıxaraq getdikcə daha çox sahəni əhatə edən tərəfdaşlıq üçün xüsusilə vacibdir.

Bu modeldə iqtisadiyyat tərəfdaşlığın əsas praktik istiqamətlərindən birinə çevrilməlidir. Azərbaycan və Almaniya ticarət əlaqələrini inkişaf etdirmək, qarşılıqlı investisiyaları genişləndirmək və Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli Birgə Azərbaycan-Almaniya İşçi Qrupunun potensialından daha səmərəli istifadə etmək niyyətindədirlər. Gələcəkdə işçi qrupunun səviyyəsinin hökumətlərarası komissiya səviyyəsinə yüksəldilməsi də istisna edilmir.

Həmçinin bu əməkdaşlığın inkişaf vektoru da vacibdir. Söhbət onun şaxələndirilməsindən - ənənəvi ticarət əməliyyatlarından kənd təsərrüfatı, sənayenin modernləşdirilməsi, dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya və innovasiyalar sahəsində qarşılıqlı fəaliyyətə keçiddən gedir. Bu, iqtisadi münasibətlərin daha texnoloji məzmunu üçün əsas yaradır və Almaniya biznesinin Azərbaycan iqtisadiyyatının yeni istiqamətlərinin inkişafında iştirakı üçün məkanı genişləndirir.

Tərəfdaşlıq strukturunun dəyişməsinin ən bariz nümunəsi energetikadır. Azərbaycan artıq Avropanın mühüm enerji tərəfdaşıdır, lakin yeni gündəlik yalnız neft və təbii qaz tədarükü ilə məhdudlaşmır.

Bərpa olunan energetika, yaşıl və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi və enerji keçidi ikitərəfli qarşılıqlı fəaliyyətin bir hissəsinə çevrilir. Bu isə o deməkdir ki, Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq eyni vaxtda iki istiqamətdə inkişaf etməlidir: Avropa bazarının, eləcə də Almaniyanın mövcud tələbatını təmin etməklə yanaşı, gələcəyin energetikası sahəsində əməkdaşlığı da formalaşdırmalıdır.

Bu kontekstdə Azərbaycanın Avropa üçün rolu daha geniş məzmun kəsb edir. Ölkə təkcə karbohidrogen tədarükü mənbəyi kimi deyil, həm də yeni enerji layihələrinin inkişafı üçün potensial platforma kimi çıxış edir. Almaniya üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində nəzərəçarpacaq rol oynayan və enerji keçidi sahəsində öz potensialını inkişaf etdirən bir dövlətlə qarşılıqlı fəaliyyət imkanları açır. Məhz bu səbəbdən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycanı Berlinin Cənubi Qafqazda, xüsusən də energetika və iqtisadiyyat sahələrində mühüm tərəfdaşı kimi xarakterizə edir.

Oxşar məntiq nəqliyyat istiqamətində də özünü göstərir. Azərbaycan getdikcə daha fəal şəkildə Avropa və Asiya arasında nəqliyyat əlaqəliliyinin ən mühüm elementi kimi mövqe tutur. Buna görə də Almaniya ilə infrastruktur və nəqliyyat əlaqələri sahəsində əməkdaşlıq ikitərəfli gündəlikdən kənara çıxır, o artıq Azərbaycan-Aİ gündəliyini əhatə edir.

Məsələ yalnız Azərbaycan ərazisindən hansı yüklərin, hansı həcmdə daşınmasında deyil. Söhbət müxtəlif regionlar arasında daha dayanıqlı əlaqələrin formalaşmasından və beynəlxalq ticarət və logistikanın dəyişən arxitekturasında ölkənin rolundan gedir. Almaniya üçün bu sahədə Azərbaycanla qarşılıqlı fəaliyyət Asiya bazarları ilə əlaqəliliyinin inkişafı üzrə daha geniş Avropa siyasəti çərçivəsində əlavə imkanlar yaradır.

İki ölkə arasındakı münasibətlərdə daha bir mühüm istiqamətlərdən biri təhlükəsizlikdir. Bəyannamə regional və beynəlxalq məsələlər üzrə dialoqun inkişafını, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığı, humanitar minatəmizləmə sahəsində qarşılıqlı fəaliyyəti və aidiyyəti qurumlar arasında təcrübə mübadiləsini nəzərdə tutur.

Bununla belə, təhlükəsizliyə təkcə hərbi-siyasi qarşılıqlı fəaliyyət məsələsi kimi baxılmır. Gündəliyə müdafiə akademiyaları arasında əlaqələr, ekspert və tələbə mübadilələri, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq daxil edilib. Bu, peşəkar və institusional əlaqələrin daha geniş şəbəkəsini yaradır.

Bu istiqamətin əhəmiyyəti regional kontekstlə də müəyyən edilir. Azərbaycan elə bir regionda yerləşir ki, burada təhlükəsizlik məsələləri nəqliyyat, energetika, ərazilərin bərpası və beynəlxalq qarşılıqlı bağlılıqla sıx əlaqədardır. Buna görə də təhlükəsizlik sahəsində əməkdaşlıq qaçılmaz olaraq strateji tərəfdaşlığın digər istiqamətləri ilə kəsişir.

Münasibətlərin texnoloji və humanitar ölçüsü xüsusi əhəmiyyət kəsb edir. Elm, rəqəmsal transformasiya və innovasiyalar müstəqil qarşılıqlı fəaliyyət istiqamətlərinə çevrilir, mədəni mübadilələr, akademik mobillik, peşə təhsili və birgə tədqiqatlar isə iki ölkənin cəmiyyətləri arasında uzunmüddətli əlaqələrin əsasını yaradır.7

Məhz bu sahədə strateji tərəfdaşlıq ən uzunmüddətli xarakter alır. Siyasi razılaşmalar prioritetləri müəyyən edə, iqtisadi layihələr isə konkret nəticələr yarada bilər. Lakin perspektivdə münasibətlərin davamlılığı həm də onların elmi, təhsil, texnoloji və ictimai əlaqələrə nə dərəcədə dərindən inteqrasiya olunacağından asılıdır.

Nəticə etibarilə, Birgə Bəyannamənin əhəmiyyəti Azərbaycan-Almaniya münasibətlərinin məntiqinin dəyişməsindən ibarətdir. Ayrı-ayrı əməkdaşlıq istiqamətləri - energetika, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və ya texnologiyalar - artıq təcrid olunmuş şəkildə mövcud deyil. Onlar vahid sistemdə birləşir, burada da bir istiqamətin inkişafı digəri üçün əlavə imkanlar yaradır. Çoxşaxəli ikitərəfli əməkdaşlığın möhkəm zənciri yaranır.

Buna görə də Bəyannamə münasibətlərin inkişaf etdirilməsi niyyətini təsbit edən siyasi sənəd kimi məhdudlaşmır. O, Azərbaycan və Almaniyanın eyni vaxtda bir neçə səviyyədə - ikitərəfli, regional və beynəlxalq səviyyələrdə - uzunmüddətli əməkdaşlıq qura biləcəyi yeni qarşılıqlı fəaliyyət sahəsi yaradır.

Onun əsas potensialı da məhz bundadır: strateji tərəfdaşlıq təkcə siyasi ad yox, həm də geniş məzmunlu əsas qazanır. Və Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri ilə birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycan-Almaniya münasibətləri təkcə ikitərəfli əməkdaşlığın inkişafına deyil, həm də bütün regionumuzda qarşılıqlı fəaliyyətin, sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri