Icma.az
close
up
RU
QHT sədri: Bakı ilə Berlin arasında strateji tərəfdaşlıq güclənir

QHT sədri: Bakı ilə Berlin arasında strateji tərəfdaşlıq güclənir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 aprel, AZƏRTAC

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri Berlinin Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu sübut edən mühüm addım kimi qiymətləndirilməlidir. Bu səfər təkcə iki ölkə arasında diplomatik münasibətlərin rəsmi formatda təsdiqi deyil, eyni zamanda, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi niyyətinin göstəricisidir. Xüsusilə də nəzərə almaq lazımdır ki, prezident səviyyəsində edilən səfərlər adətən uzunmüddətli strateji planların və konkret maraqların təzahürüdür. Bu cür səfərlərin arxasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində konkret əməkdaşlıq gündəliyi dayanır. Almaniya Prezidenti tərəfindən həyata keçirilən bu ziyarət Azərbaycanın Avropada artan rolunun, enerji təhlükəsizliyindəki strateji mövqeyinin və regional sabitlikdəki əhəmiyyətinin bir daha təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu səfər, eyni zamanda, Almaniya-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçidinin başlanğıcı kimi də dəyərləndirilə bilər. Burada söhbət təkcə ikitərəfli iqtisadi münasibətlərdən deyil, həm də geniş regional əməkdaşlıq kontekstindən, o cümlədən enerji və nəqliyyat bağlantılarından gedir. Prezident İlham Əliyevin regional enerji resurslarının şaxələndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı sahəsində atdığı strateji addımlar Avropa ölkələrinin, eləcə də Almaniyanın diqqət mərkəzindədir. Bu baxımdan, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta Dəhliz) layihəsinə verdiyi açıq və müsbət münasibət, Azərbaycanın yalnız regionda deyil, ümumilikdə Avropada mühüm tərəfdaş və strateji oyunçu kimi qəbul edildiyini göstərir.

“Bu səfər həm də Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətində Azərbaycanın əhəmiyyətinin artdığını, Bakı ilə Berlin arasında əməkdaşlığın perspektivli olduğunu bir daha nümayiş etdirir. Bu səfər çərçivəsində Almaniya Prezidenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı səsləndirilən fikirlər xüsusi önəm daşıyan məqamlardandır. Bu kimi açıq və qətiyyətli bəyanatlar təkcə diplomatik etiket çərçivəsində deyil, həm də beynəlxalq münasibətlər kontekstində ciddi siyasi mesaj xarakteri daşıyır. Hesab edirəm ki, bu mövqe Azərbaycanın bütün əməkdaşlıq və tərəfdaşlıq münasibətlərində ərazi bütövlüyü prinsipinin artıq qarşı dövlətlər, o cümlədən aparıcı Avropa ölkələri tərəfindən qəbul edildiyini göstərir. Bu, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin haqlı mövqeyinə artan dəstəyinin bariz nümunəsidir və regional sabitlik, qarşılıqlı etimad mühiti üçün önəmli əsas yaradır”, - deyə QHT sədri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri