Icma.az
close
up
RU
Bakı və İrəvan bir cəbhədə birləşir: 4 ölkə razılaşdı İranı qorxuya salan PLAN

Bakı və İrəvan bir cəbhədə birləşir: 4 ölkə razılaşdı İranı qorxuya salan PLAN

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya nəşrinin Zəngəzur dəhlizi ilə bağlı yayımladığı məqalədə NATO üzvü olan ABŞ-ın özəl şirkətlərindən birinə məxsus 1000 nəfərlik hərbçinin Ermənistan ərazisində yerləşdiriləcəyi iddiası ciddi rezonans doğurdu. Məlumata görə, hazırda İrəvanda ABŞ səfirliyinin 2000-dən çox işçisi var və onların əksəriyyəti diplomat deyil, hərbi rütbəli şəxs, o cümlədən kəşfiyyatçılardır.

Digər tərəfdən, Azərbaycanın ən yaxın müttəfiqi başqa bir NATO ölkəsi olan Türkiyədir. Hazırda Ankara vasitəsilə ordumuzun alyansın standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Paralel olaraq Vaşinqtonun Cənubi Qafqaza marağı artır və regiona təsir imkanlarını gücləndirməyə çalışır. Bu fonda Bakı və İrəvan arasındakı sülh prosesi Ağ Evdə xüsusi diqqətlə izlənilir.

Beləliklə, AzərbaycanErmənistan ABŞ-la əlaqələri möhkəmləndirərək gələcəkdə NATO üzvü ola bilərmi? Hazırkı proses bunun başlanğıc addımlarıdır?

Globalinfo.az-a danışan Azərbaycan Prezidentinin İctimaiyyətlə Əlaqələr bölməsinin sabiq sədri, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin keçmiş rəhbəri, müstəqil ekspert Çingiz Məmmədov deyib ki, Azərbaycan və Ermənistanın NATO üzvlüyünə hələ çox zaman lazımdır:

“Nəinki yaxın və orta dövrdə, hətta uzaq perspektivdə belə bu prosesin reallaşacağını gözləmək olmaz. Zəngəzur dəhlizi, İran istisna olmaqla bir çox ölkələrin strateji maraqlarına cavab verir. Tehranın bu dəhlizə mənfi yanaşmasının əsas səbəbi onun nəqliyyat bölgəsi kimi əhəmiyyətini azaltmasıdır. Əvəzində isə Azərbaycan, Ermənistan, ABŞ, Avropa İttifaqı və Çin bu dəhlizin açılmasında maraqlıdır. Lakin bütün tərəflər yolun öz şərtləri əsasında fəaliyyət göstərməsini istəyir.

Azərbaycanın mövqeyi tamamilə aydındır: öz vətəndaşları və yükləri üçün bu dəhlizdən maneəsiz istifadə mümkün olsun. Bu, ölkənin prinsipial və qanuni haqqıdır. Tarixi və hüquqi əsaslara görə, Zəngəzur Azərbaycan torpaqlarından qanunsuz şəkildə ayrılıb, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan. Bakı bu istiqamətdə ədalətli və prinsipial yanaşma sərgiləyir”.

Ekspert bildirib ki, beynəlxalq güclərin mövqeyi və bölgədə güc mübarizəsinə də nəzər salmaq lazımdır:

Rusiya Ermənistan üzərində iqtisadi, hərbi və siyasi sahələrdə hələ də böyük təsirə malikdir. Ermənistanın strateji infrastrukturunun əhəmiyyətli hissəsi Moskvanın nəzarətindədir. Eyni zamanda, Kremlin İrəvandakı siyasi dayaqları olan erməni kilsəsi və rusiyapərəst biznes dairələri vəziyyəti öz maraqları istiqamətində yönləndirməyə çalışırlar.

Digər tərəfdən, ABŞ Rusiyanı regiondan çıxarmaq istəyir. Lakin bu, hərbi yolla deyil, daha çox siyasi və diplomatik vasitələrlə həyata keçirilir. Vaşinqton artıq bölgəyə münasibətdə keçmiş prezident Co Bayden və  Donald Trampın ilk fəaliyyət illərindəki yanaşmasından fərqli mövqe tutur. ATƏT-in Minsk qrupu kimi mexanizmlərin önəmsizləşməsi və Azərbaycanın diplomatik çevikliyi Ağ Evin də mövqeyində dəyişikliklərə səbəb olub.

Bununla belə, ABŞ hərbi münaqişəyə girmək istəmir. Onun səfirliyi regionda daha çox monitorinq və analitik işlərlə məşğuldur. Rusiya isə Cənubi Qafqazda mövqeyini qorumağa çalışır, çünki bu region onun imperiya statusunun əsas elementlərindən biridir. Ona görə Moskva istənilən vasitə ilə – iqtisadi, siyasi, ideoloji və digər – Ermənistandakı təsir imkanlarını qorumağa çalışacaq.

Həmçinin oxuyun:

Kreml Paşinyanın istəyini rədd etdi, “Bakı ilə olacaq” dedi – İrəvana qarşı yeni tapşırıq


Çingiz Məmmədov

Ermənistan və Azərbaycanın NATO üzvlüyü hazırkı gündəlikdə yoxdur. Rəsmi Bakı 4 il müddətində Qoşulmama Hərəkatının sədri oldu və heç bir alyansda olmamaq mövqeyini bəyan etdi”.

Çingiz Məmmədov qeyd edib ki, Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyana ciddi təzyiq göstərməkdədir:

“Onun əsas hədəfi Ermənistanın geosiyasi xəttini yenidən öz orbitinə qaytarmaqdır, çünki Cənubi Qafqazı itirmək istəmir. Azərbaycana təsir imkanları isə demək olar ki, yoxdur. Əllərindəki təsir imkanlarından biri olan diaspora vasitəsilə rəsmi Bakıya təzyiq göstərmək cəhdləri uğursuzdur. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini göstərmiş oldu.

Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün Rusiyanın əlində sadəcə Ermənistan qalıb. Paşinyanın Altay vilayətində ekologiya forumunda iştirak etməsi də əlamətdardır. Forumda digər ölkələri ikinci şəxslər təmsil etdiyi halda, Ermənistanın birinci şəxsi — baş nazir özü iştirak edib. Bu isə dolayısı ilə Paşinyanın hesabat verməyə çağırıldığını göstərir.

Əgər baş nazir Rusiyanın tələblərinə boyun əyərsə, bu, Ermənistan daxilindəki siyasi və ideoloji cəbhələşməyə təsir göstərəcək. Əks halda, Paşinyanı devirmək planları gündəmə gələ bilər”.

Ekspertin sözlərinə görə, hazırda Ermənistan daxilində iqtidar əleyhinə olan qüvvələrin konsolidasiyası müşahidə edilir:

“Əvvəl bir-birinə qarşı olan bloqçular, politoloqlar və ictimai simalar artıq bir cəbhədə birləşirlər. Bu fonda erməni kilsəsi ilə Paşinyan arasındakı münasibət də indikator rolunu oynayır. Əgər o, kilsəyə qarşı başladığı kampaniyadan geri çəkilərsə, bu, Rusiyanın tələblərini qəbul etdiyinə işarə olacaq. Lakin əksinə, kilsəyə qarşı addımlar davam edərsə, deməli, Paşinyan Kremlin xəttindən uzaqlaşmaq niyyətindədir.

Nəticə etibarilə, Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb və dəyişkəndir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmir və diplomatik cəbhədə uğurla irəliləyir. ABŞ və Rusiya isə bu regionda nüfuz uğrunda siyasi mübarizə aparır. Ermənistanın gələcək mövqeyi Paşinyanın qərarlarından və daxili siyasi mübarizənin gedişatından asılı olacaq.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri