Bakıda 20dən çox maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Bakıda silsilə oğurluq hadisələri qeydə alınıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.
Baxış sayı:151
Bu xəbər 15 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















