Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Yasamal rayonunda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıb.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən şəxs evindən 10 min 700 manat dəyərində məişət avadanlıqları oğurlanıb:
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı T.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır".

Bakıda kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
06 Mart 2025 10:32
Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
14 Noyabr 2024 21:17
Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
08 Fevral 2025 14:12
Bakıda 20dən çox maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
15 Noyabr 2024 10:37

