“Bu istiqamətdə hansısa bir ciddi tədbirlərin görülməsinə ehtiyac var” Nəqliyyat ekspert
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Çox təəssüf ki, skuter sürücüləri ilə bağlı vəziyyət hələ ki yaxşı deyil. Son dövrlər baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bu tip nəqliyyat vasitələrini, mikromobillik vasitələrini istifadə edən bəzi şəxslər ciddi qayda pozuntularına, kobud qayda pozuntularına yol verirlər və nəticə etibarilə ağır qəzaların şahidi oluruq. Artıq Daxili İşlər Nazirliyi tərəfindən yayılan real kadrlarda bunu deməyə əsas verir ki, bu istiqamətdə hansısa bir ciddi tədbirlərin görülməsinə ehtiyac var”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a bildirib. Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində vaxtilə skuter sürücüləri üçün geniş imkanlar yaradılıb, geniş şərait yaradılıb. Amma təəssüf ki, bəzi ölkələr sonradan bu istiqamətdə sərt tədbirlər də görməyə məcbur qalıb: “Azərbaycanda da mən düşünürəm ki, bu istiqamətdə hansısa bir addım atılmalıdır. Çünki nə qədər ekoloji təmiz nəqliyyat vasitəsi, daha təhlükəsiz nəqliyyat vasitəsi, mənzil başına tıxacsız, sıxlıqsız çatdıran bir nəqliyyat vasitəsi kimi bunu qəbul etsək də, təhlükəsizlik elementlərini onda bilmərik və bu bizə ciddi problemlər yaşatmaktadır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















