Bakıda 3 manatlıq yol 9 manata QALXDI
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda əvvəl 3 manata başa gələn taksi səfərlərinin qiyməti hazırda 9 manata qədər yüksəlib.
Taksi sürücüləri qiymət artımının səbəbini “Bakupost”a danışıblar.
Onların sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) buraxılış vəsiqəsi və buraxılış kartı olmayan sürücülərin “Bolt”, “Uber/Yango” kimi platformalardakı profillərini bloklayıb.
Nəticədə paytaxtda taksilərin sayı kəskin azalıb. Tələbatın yüksək, taksi sayının az olması qiymətlərin artmasına səbəb olub.
Mövcud vəziyyətin yaxın günlərdə də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, son günlər mediada 20 Yanvar və Moskva prospekti ərazilərində “manatlıq taksi” kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyətinin dayandırıldığı barədə məlumatlar yayılıb. Bildirilib ki, bu səbəbdən xüsusilə Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar nəqliyyat problemi ilə üzləşiblər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, bu iddialar reallığı əks etdirmir. Qurum qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən Bakı və qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən həmin nəqliyyat vasitələrinə qarşı hər hansı birgə və ya xüsusi tədbir keçirilməyib.
Lalə,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Oktyabr 2026 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















