Icma.az
close
up
RU
Bakıda 300 ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Bakıda 300 ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

Bakı Ekspo Mərkəzində 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 18-21 iyun tarixlərində keçiriləcək sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin “Made in Azerbaijan” brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.

Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədilə qurulmuş ayrıca stenddə sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, sərgi iyunun 21-dək davam edəcək. “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər təmsil olunur. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirak edir. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Sərgi çərçivəsində ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə KOB-ların iri şirkətlərin rəhbərləri ilə B2B formatlı görüşlərinin təşkili nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri