Bakıda metro və avtobusda qızları videoya çəkərək TikTok a yerləşdirən şəxs peyda olub
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
"TikTok" platformasında yayılan bəzi videolar ictimai narazılığa səbəb olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Belə ki, naməlum şəxs Bakı metropolitenində və ictimai avtobuslarda qadınları onların razılığı olmadan lentə alaraq görüntülərini sosial şəbəkəyə yerləşdirir. Videoların üzərinə isə söyüş və qeyri-etik ifadələrdən ibarət səs yazıları əlavə olunur.
Qeyd edək ki, bu şəxsi həyatın toxunulmazlığının pozulması və qadınların ləyaqətinin alçaldılması kimi qiymətləndirilir.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, qeyd olunan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi
02 Dekabr 2025 09:46
Bakıda yeniyetmə qızları evində gizlədən şəxs saxlanıldı YENİLƏNİB
26 Aprel 2025 21:49
Çempionluğu paltardəyişmə otağında siqar çəkərək qeyd etdi Foto
16 May 2025 16:23
Bakıda avtobusda insident: Naməlum şəxs sərnişinə hücum etdi ANBAAN GÖRÜNTÜLƏR
21 May 2025 12:00
TikTok fenomeni öldürüldü, qızları yaralandı
15 İyul 2025 18:09
Baxış sayı:100
Bu xəbər 23 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















