Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Bakıda ümumilikdə 33 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakının Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Onların 6 nəfərin ümumilikdə 33 min 980 manat pulunu və 2 min manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Baxış sayı:92
Bu xəbər 04 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















