Bakıda 38 nömrəli xətt avtobuslarında məlumatlandırıcı lövhələr niyə RUSCADIR?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda 38 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarda məlumat lövhələrinin rus dilində olması müzakirə yaradıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə bu xətdəki avtobusların təxminən bir ildir ki, yeniləndiyi qeyd olunub.
Bildirilib ki, bu müddətdə avtobuslarda məlumatlandırıcı yazıların dövlət dilində deyil, rusca təqdim edilməsi diqqət çəkir.
Bildirilib ki, bu müddətdə avtobuslarda məlumatlandırıcı yazıların dövlət dilində deyil, rusca təqdim edilməsi diqqət çəkir.
Oxu.Az-a açıqlama verən xidmət üzrə məsul "General Auto Company" MMC-nin direktor müavini Asif Rüstəmov bildirib ki, bu məsələ texniki və istehsalat xarakterlidir və birbaşa daşıyıcı şirkətin məsuliyyətindən kənardır:
"2025-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş UT markalı avtobuslar ilkin olaraq Qazaxıstan Respublikasının sifarişi əsasında hazırlanıb. Bu səbəbdən zavod istehsalı zamanı həmin avtobusların salonunda beynəlxalq praktikaya uyğun olaraq daxili məlumatlandırıcı yazılarda rus dilindən istifadə edilib.
"General Auto Company" MMC Bakı şəhərində sərnişindaşıma sahəsində səviyyəni yüksəltmək və daha keyfiyyətli xidmət göstərmək məqsədilə həmin avtobusları növbədənkənar olaraq birinci alıcı qismində Çindən idxal etdiyi üçün Qazaxıstan bazarı üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri Azərbaycana gətirilib.
Avtobuslar ölkəmizə gətirildikdən sonra salon daxilində mövcud olan rusdilli yazıların böyük əksəriyyəti sökülüb. Hazırda yalnız bəzi texniki yazıların qalması mümkündür. Avtobusdakı rus dilində olan ifadələrin dəyişdirilməsi isə istehsalçı şirkətin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Müvafiq mütəxəssislər yaxın vaxtlarda ölkəyə gələcək və həmin yazılar Azərbaycan dilinə dəyişdiriləcək. Bu məsələ texniki və istehsalat xarakterlidir və birbaşa daşıyıcı şirkətin məsuliyyətindən kənardır. İstehsalçı tərəfin əməkdaşları tərəfindən avadanlıqlarla bağlı müvafiq dəyişikliklər həyata keçirildikdən sonra nöqsanlar tam aradan qaldırılacaq".
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















