SOCAR ın prezidenti Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru ilə görüşüb
525.az saytına istinadən Icma.az xəbər verir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru Çarlz Kormier ilə görüşüb.
525.az xəbər verir ki, görüşdə SOCAR ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd edilib. Eləcə də, SOCAR-ın Dünya Bankının “2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfıra endirilməsi” təşəbbüsünün fəal iştirakçılarından olduğu vurğulanıb.
Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri, müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat verilib. Bu xüsusda, “SOCAR Karbamid” zavodunun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edildiyi bildirilib.
Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Yanvar 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















