Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Şəmsi Bədəlbəyliylə Kiçik Dəniz küçələrinin kəsişməsində yolun hərəkət hissəsi sürücülər tərəfindən mütəmadi olaraq zəbt olunur.
Xoşagəlməz mənzərəylə qarşılaşan sürücülərdən biri bu barədə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da görünür ki, sözügedən ərazidə avtomobillər ard-arda park edilib. Bu isə yolayırıcından sağa dönən sürücülərin hərəkətinə əngəl törədir. Belə ki, sürücülər quraşdırılmış baş yol və piyada keçidi nişanlarına əhəmiyyət vermədən saatlarla yolu bağlayırlar. Şikayətçi avtobus zolağına görə maşını arxa-arxaya da sürə bilmədiklərini qeyd edib. Nəticədə kəsişmədən sağa dönə bilməyən sürücülər çıxılmaz vəziyyətdə qalırlar.
Sürücünün sözlərinə görə, yolu kəsən maşınların əksəriyyəti yaxınlıqdakı obyektlərin sahiblərinə məxsusdur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 29 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















