Icma.az
close
up
RU
Sülhü Türkiyə gətirəcək, qəhrəman ABŞ olacaq Tramp son anda...

Sülhü Türkiyə gətirəcək, qəhrəman ABŞ olacaq Tramp son anda...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“The Atlantic” jurnalı ABŞ-ın iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların ikinci raundunda iştirak üçün nümayəndə heyəti göndərməyəcəyini yazıb.

Jurnalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp danışıqların bu raundunda müəyyən irəliləyiş görmək istəyir. Lakin buna baxmayaraq nümayəndə heyəti göndərməyi planlaşdırmır. Maraqlıdır ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə mayın 16-da baş tutan ilk danışıqlarda iştirak etməsi razılaşdırılsa da, iki lider də son anda qərar dəyişdirdilər. Amma yenə də müharibə başlayandan bu yana ilk dəfə Kiyev və Moskva arasında birbaşa danışıqlar aparıldı.

İstanbulda gözlənilən növbəti görüşün nəticəsi necə olacaq? ABŞ-ın müzakirələrə qatılmamasının səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Vaşinqtonun danışıqların ikinci raunduna nümayəndə heyəti göndərməməsi, diplomatik protokol çərçivəsində neytral görünə bilər, lakin bu qərarın arxasında Ağ Evin bölgədəki strateji planına dair çoxşaxəli mesajlar dayanır:

“Əvvəla, Birləşmiş Ştatların danışıqlarda birbaşa iştirakdan imtinası, bu raunddan ciddi nəticə gözləmədiyini göstərir. ABŞ münaqişənin kəskin fazasında təşəbbüs sahibi kimi görünməyi üstün tutur, amma danışıqlar diplomatik formalizm səviyyəsində qalırsa və tərəflər arasında kompromis iradəsi görünmürsə, belə təşəbbüslərdə meydana çıxmamağı daha məqsədəuyğun sayır. Bu, həm də məsuliyyətdən uzaq durmaq, uğursuz danışıqların nəticəsini üzərindən atmaq cəhdidir. Digər tərəfdən, Vaşinqtonun İstanbul formatına isti baxmaması, Rusiya ilə dialoq platformasının hələ tam bərpa olunmadığını da nəzərə çatdırır”.


Qabil Hüseynli

Politoloq bildirib ki, İstanbul danışıqlarında razılaşmanın əldə olunması ehtimalı olduqca azdır:

“Moskva indiki mərhələdə status-kvonu dəyişməkdə maraqlı deyil. Onun Ukraynanın neytrallığı və Krımın Rusiya ərazisi olaraq tanınması kimi əsas tələbləri var və bunların qəbuluna çalışır. Ukrayna tərəfi isə suverenlik və ərazi bütövlüyündən kənar heç bir formulu qəbul etmir.

Tramp administrasiyasının bütün bunlar fonunda geri planda qalması, həm də gələcək üçün manevr imkanlarını qorumağa hesablanıb. Əgər prosesdə irəliləyiş əldə olunarsa və kompromis konturları yaranarsa, ABŞ həmin mərhələdə “sülhün memarı” obrazı ilə ortaya çıxa bilər. Əks halda, məsuliyyəti Türkiyə və Avropa dövlətlərinin üzərinə atmaqla öz maraqlarını sığortalayır”.

Turan Rzayev
Globlainfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri