Bakıda ağac gənclərin üzərinə aşdı (Foto)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Yasamal rayonunda skamyada oturan gənclərin üzərinə ağac aşıb.
Milli.Az Baku.ws-ə istinadla xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyası parkında baş verib.
Hadisə nəticəsində gənclərdən biri yüngül xəsarət alıb.
Xatırladaq ki, son bir neçə gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi.
Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:90
Bu xəbər 09 İyul 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















