Icma.az
close
up
RU
Bakıda AİLƏ DRAMI: başqa kişilərlə şəklini görüb arvadını öldürdü

Bakıda AİLƏ DRAMI: başqa kişilərlə şəklini görüb arvadını öldürdü

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il avqustun 17-də Bakının Sabunçu rayonun qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl Balaxanı qəsəbəsi, 6-cı mədən küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında baş verib. 
Həmin gecə 12-ci Polis Şöbəsinə könüllü gələn Bəxtiyar Vəliyev arvadını bıçaqladığını etiraf edib. O, 1997-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb, özəl şirkətdə sürücü işləyib.
Səhər saat 8 radələrində Sabunçu Tibb Mərkəzindən 12-ci PŞ-nə Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Xumar Həsənlinin ölməsi barədə məlumat verilib. 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Mərhum Xumar Həsənliyə məxsus mobil telefona baxış keçirilərkən, orda qadının naməlum şəxslə fotoşəkilləri və videogörüntüləri olması məlum olub. Əhəmiyyət kəsb etdiyindən onlar cinayət işi materiallarına əlavə edilib. 

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 15-də Bəxtiyar Vəliyev rəsmi nikahda olduğu bibisi qızı Xumar Həsənlinin istifadəsində olan "Samsung" markalı mobil telefonda başqa şəxslə fotosunu görüb və onu öldürmək qərarına gəlib. Bu məqsədlə növbəti gün saat 23:30-da Zabrat qəsəbəsində yerləşən "Rahat Market"dən məişət təyinatlı bıçaq alıb və daha sonra idarə etdiyi "Nissan" markalı avtomobilində övladları ilə birlikdə arvadının işlədiyi gözəllik salonuna gedib. Yoldaşını iş yerindən götürüb yaşadıqları Balaxanı qəsəbəsinə yollanıb. Avqustun 17-i gecə saat 1 radələrində evin qarşısına çatdıqdan sonra, uşaqlar maşından düşüb evə keçiblər. Bəxtiyar avtomobilin içində Xumar Həsənliyə məxsus mobil telefonu əlindən alıb həmin şəkli göstərərək, onsan naməlum şəxsin kim olduğunu dəqiqləşdirmək istəyib. Amma həmin vaxt telefonda, şəkildən savayı qadının həmin şəxslə olan videogörüntüsünü görüb. Yanındakı kişinin kim olmasını soruşanda, Xumar Həsənli cavab vermədən, həyəcanlı halda maşından düşərək, evə doğru qaçmağa çalışıb. Bəxtiyar isə dərhal avtomobildən çıxıb darvazanın qarşısında qadını tutaraq, döş qəfəsinə, qarın və bel nahiyələrinə ümumilikdə 11 dəfə zərbə endirib. Nəticədə Xumar Həsənli ölüb.


Məhkəmə iclasında Bəxtiyar Vəliyev bildirib ki, bibisiqızı Xumar Həsənli ilə 2016-ci ildə evlənib, nikahdan 3 övladları dünyaya gəlib. Bundan əvvəl də bir dəfə belə hadisə baş verib:

“Arvadımın telefonunda sevgi xarakterli mesajlar gördüyüm üçün, ona telefon işlətməyə icazə verməmişdim. Həmin vaxt qohumlarım vasitəsilə barışaraq, yenidən birlikdə yaşamağa davam etdik. Xumar gözəllik salonunda işləyirdi. Hadisədən təxminən 10 gün əvvəl yoldaşımdan şübhələnməyə başladım. Avqustun 15-də onun telefonunda tanımadığım şəxslə şəkillərini gördüm. Bıçağı supermarketdən aldım. Ayın 16-da yoldaşım işdən çıxandan sonra Balaxanı qəsəbəsinə gəldik. Şəkli Xumara göstərib yanındakı şəxsin kim olduğunu soruşsam da, o cavab vermədi və maşından çıxaraq, qaçdı. Çataraq, ona bıçaqla zərbələr vurdum. Uşaqlarım artıq hasarın digər tərəfində olduqlarından, hadisəni görmədilər. Xumarı öldürmək məqsədi ilə zərbələr endirmişəm. Sonra qardaşımla birlikdə polis şöbəsinə getdim. Hadisədən əvvəl 2 bokal pivə içmişdim, ayıq olsaydım, çox güman ki, cinayəti törətməzdim. Xumara 3 bıçaq zərbəsi vurduğumu xatırlayıram. Hazırda övladlarım qaynanamın himayəsindədir”.


Zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Həsənova ifadəsində göstərib ki, Xumar onun qızı, Bəxtiyar isə qardaşı oğludur:

“Bəxtiyara Xumarın işlədiyini, müştərilərin ona zəng etdiyini demişdim və telefon işlətməsinə icazə verməsini xahiş etmişdim. Xumarı işə, uşaqlarını isə məktəbə aparıb-gətirməsi üçün Bəxtiyara maşın da alıb, vermişdim. Hadisədən 2 ay əvvəl onları ayırmışdım. Çünki Xumar Bəxtiyarın ona telefon işlətməyə icazə vermədiyini və onu öldürəcəyini söyləmişdi. Hadisənin baş verməsinə telefonda Xumarın taksi sürücüsü ilə şəklinin olması səbəb olub. Avqustun 17-də oğlum mənə zəng edib Bəxtiyarın Xumarı öldürməsi haqda məlumat verdi. Xumar eyni taksi ilə işə gedib-gəlirdi, taksi sürücüsünün adı Mətləb idi. Bir dəfə onun maşını ilə rayona getmişik, Mətləbə 150 manat yol pulu vermişdim. Həmin şəxsi rayonda heç kimə öz kürəkənim kimi təqdim etməmişəm”.

Mərhumun anası Bəxtiyar Vəliyevin çox şeyləri yalan danışdığını və buna görə ondan şikayətçi olduğunu bildirib.
Şahid Mətləb Cəfərov bildirib ki, taksi sürücüsü işləyir. Xumar Həsənli ilə 2024-cü ilin yayında tanış olub:

“Qadın ərinin onu tez-tez döydüyü və bu səbəbdən ondan boşandığını demişdi. Bunu bildikdən sonra Xumarla rahat görüşüb münasibət quraraq anası, qardaşı və bacısı ilə tanış olmuşdum. Ailə üzvlərim də Xumarla münasibətim barədə xəbərdar idi. İyul ayında Xumar mənə qardaşının Beyləqan rayonundan qız istədiyini və bununla əlaqədar onlarla birlikdə ora getməyimi xahiş etmişdi. Orda Samirə Həsənova ev sahiblərinə məni qohumu kimi təqdim etdi. Hətta orda olarkən Xumarın övladları məni ata deyə çağırmışdılar.

Ordan qayıdandan bir neçə gün sonra Xumardan uzaqlaşdım. Belə ki, anası mənə zəng edib qızının artıq ailəsi ilə barışdığını dediyi üçün, onunla münasibətimi kəsdim. Avqust ayında Xumarın rəfiqəsi Ruhiyyənin “Whatsapp” tətbiqində, statusda qadının vəfatı ilə bağlı paylaşım etdiyini gördüm. Nə baş verdiyini soruşanda, Ruhiyyə Xumarın əri tərəfindən öldürülüdüyünü yazdı”.
Şahid Taleh Həsənli ifadəsində göstərib ki, avqustun 17-nə keçən gecə evdə yatan zaman Xumarın uca səslə onu çağırdığını eşidib:

“Həyətə çıxanda bacım qana bulaşmış vəziyyətdə öləcəyini deyib üzərimə yıxıldı. Nə edəcəyimi bilmədim, ilk olaraq anama zəng etdim. Daha sonra köməyə qonşuları çağırıb Xumarı Sabunçu xəstəxanasına apardıq. Bəxtiyar artıq hadisə yerindən uzaqlaşmışdı, buna görə də onu görə bilmədim. Səhər saat 8 radələrində göstərilən tibbi yardımlara baxmayaraq, Xumar aldığı xəsarətlərdən öldü”.


Məhkəmə çıxışları mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisi nəvələrinin xətrinə təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Vəliyevin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyasında, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri