Icma.az
close
up
RU
Bakıda ailəli məmur qızının sevgilisi ilə eşq macərası başına bəla oldu Başqa iki qadınla...

Bakıda ailəli məmur qızının sevgilisi ilə eşq macərası başına bəla oldu Başqa iki qadınla...

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bakıda kişi 4 qadına qarşı dələduzluq edib. Onlardan üçünü evlənmək adı ilə aldadıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Xəyyam Ələkbərov (soyad şərti) özgənin əmlakını ələ keçirmək məqsədilə L. Kazımova ilə tanış olaraq, münasibət qurub. O, qadını ailə qurmaq adı ilə aldadaraq, özünü problemlərini həll etmək üçün Kazımovaya məxsus "Hyundai Genesis" markalı avtomobili lombarda qoyub və 6 min manat pul götürüb. Bunun əvəzində isə özünə məxsus olan BMW markalı avtomobili onun adına keçirəcəyini deyib. Lakin həmin avtomobilin cərimələrini ödəmək adı ilə yenə qadının 1700 manatlıq "iPhone" markalı telefonunu ələ keçirib.

Digər epizodda isə Xəyyam Aliyə adlı qadına özünü çox zəngin biri kimi təqdim edərək, onunla münasibət qurub. Onu da ailə qurmaq adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəyib. Bu məqsədlə Xəyyam qadına məxsus "Lexus LX-570" markalı avtomobili satıb üzərinə özü pul qoyaraq "Porshce Cayenne" markalı avtomobil alacağını deyib. Beləliklə onun 68 min manat dəyərində olan həmin avtomobilini ələ keçirib. Sonra isə yeni alacağı "Porshce Cayenne" markalı avtomobili nömrə almaq və texniki işlərini həll etmək üçün yenidən Aliyədən 17 min manat pul alıb.

Qeyd olunur ki, Aliyənin atası yüksək rütbəli məmurdur. Sonradan Aliyənin evli və 2 uşağının olması Xəyyama məlum olub.

Həmçinin Xəyyam restoranda Leyla adlı qadınla tanış olur və onunla həmin gündən ər-arvad münasibətlərinə başlayır. Onunla münasibəti zamanı Xəyyam "Mercedes-Benz G-630" markalı avtomobil idarə edib. Leyla həmin maşından xoşu gəldiyini və belə maşın almaq istədiyini deyib. Xəyyam ona kömək edəcəyini bildirib və bu məqsədlə qadından ümumilikdə 45 min 900 manat pul alıb. Lakin həmin pulu alacağı avtomobilin sahibinə çatdırmayıb.

Sonuncu epizodda da Xəyyam Leyla adlı zərərçəkəni özünün və ailəsinin çox zəngin olduqlarını deyərək ailə qurmaq adı ilə aldadıb. Bu məqsədlə qadına Yasamaldakı MİDA yaşayış kompleksindən 2 otaqlı ev təşkil edəcəyini vəd verib. Bunun üçün Leyladan 7000 manat pul alıb. Daha sonra guya gömrükdə qalan mallarını ölkəyə keçirmək üçün yenidən Leylanın 13 min manat pulunu ələ keçirib. Əvəzində isə həmin malları şirkətlərə satdıqdan sonra gəlirdən ona da verəcəyini deyib. Həmçinin müxtəlif vaxtlarda qadından göstərilməyən səbəblərlə 1700 və 2000 manat da pul alıb.

Bununla da təqsirləndirilən şəxs zərərçəkənlərə ümumilikdə 162 min 300 manat ziyan vurub.

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında Xəyyam Ələkbərov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsilə yekun ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Xəyyam Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Avqust 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri