Icma.az
close
up
RU
Bakıda ardıcıl ailə dəhşətləri: nələr yaşanır? FOTOLAR

Bakıda ardıcıl ailə dəhşətləri: nələr yaşanır? FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər ölkədə dəhşətli ailə faciələri və məişət zəminində törədilən cinayətlər artmaqdadır. Belə ki, yanvarın 24-də Bakının Maştağa qəsəbəsində oğul anasını qətlə yetirib. Bir gün sonra isə daha sarsıdıcı hadisə Bakıda baş verib. Qəbələdə Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emil Əliyev övladının gözü qarşısında həyat yoldaşına 20 bıçaq zərbəsi vurub. Hadisədən sonra o, intihar edərək həyatına son qoyub. Şəmkirdə isə 56 yaşlı kişi öz oğlu tərəfindən küt alətlə öldürülüb. 

Bu cür cinayət hallarının artmasına səbəb nədir?

Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, son dövrlər cəmiyyətdə aqressivlik açıq şəkildə artır:

“İnsanlar arasında psixoloji gərginliyin, stressin və əsəbiliyin yüksəlməsi bu tendensiyanın həm məişət zəminində baş verən hadisələrdə, həm də ictimai yerlərdəki münasibətlərdə özünü göstərir. Belə vəziyyətin formalaşmasında bir sıra amillər rol oynayır və bu, təkcə yerli deyil, qlobal miqyasda müşahidə olunan yeni dövrün reallığıdır. Mövcud durumun əsas səbəblərindən biri mənəvi deqradasiyadır. Mənəvi dəyərlərin arxa plana keçməsi, psixoloji problemlərin və psixi xəstəliklərin artması cəmiyyətdə münasibətlərin gərginləşməsinə ciddi təsir edir. Uşaq tərbiyəsindən başlayaraq bir çox sahədə müşahidə olunan geriləmə də bu prosesin tərkib hissəsidir. Eyni zamanda insanlar arasında münasibətlərin getdikcə maddi maraqlar üzərində qurulması ailədaxili, dostluq və sosial əlaqələrdə müəyyən problemlər yaradır. Bu hallar bəzən əmlak münaqişələri, qarşılıqlı anlaşılmazlıq və şəxsi maraqların üstün tutulması səbəbindən ağır faciələrlə nəticələnir”.

Maştağada qətl: ana Ağayeva Həyat və oğul Ağayev Emil

Sosioloq bildirib ki, ailə münaqişələrinin bir hissəsi də mənəvi-əxlaqi səbəblərlə bağlıdır:

“Əxlaqsızlıq hallarının artması, ailə dəyərlərinin zəifləməsi və bu zəmində baş verən cinayətlər ümumi vəziyyəti daha da ağırlaşdırır. Nəticə etibarilə, bu proseslər həm kriminal vəziyyətin pisləşməsinə, həm də sosial münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Ailə daxilində, dostlar arasında, iş mühitində və hətta gündəlik məişət münasibətlərində adi anlaşılmazlıqların belə ağır nəticələr doğurduğu hallara tez-tez rast gəlinir. Bu baxımdan cəmiyyətin sağlamlaşdırılması məqsədilə sistemli və məqsədyönlü iş aparılmalıdır. Mənəvi dəyərlər uşaqlıqdan təbliğ olunmalı, milli-mənəvi irsimiz qorunmalı və inkişaf etdirilməlidir. İnsanlara həyatın yalnız maddi ölçülərlə qiymətləndirilməməsi, insani və ailə münasibətlərinin milli dəyərlər üzərində qurulmasının vacibliyi aşılanmalıdır”.

Həyat yoldaşını bıçaqlayan Emil Əliyev 

Ekspert qeyd edib ki, son illər “müasirlik” və “azadlıq” adı altında ailə modeli və uşaq tərbiyəsində aparılan köklü dəyişikliklər bir çox hallarda mənfi nəticələrə səbəb olur:

“Cəmiyyətdə sosial münasibətlər elə qurulmalıdır ki, insanlar daimi stress və hüquq pozuntuları ilə üzləşməsin. İş və sosial mühitdə gərginliyin azaldılması, əxlaqsızlığın və mənəviyyatsızlığın yayılmasının qarşısının alınması sağlam münasibətlərin formalaşmasına şərait yaradar. Bütün bu amillər birgə şəkildə cəmiyyətin mənəvi və psixoloji baxımdan sağlam olmasını təmin edən əsas faktorlardır. Əgər bu sahələrdə deqradasiya davam edərsə, onun təsirləri sosial həyatda, kriminal vəziyyətdə və psixi problemlərin artmasında daha qabarıq şəkildə özünü göstərəcək. Buna görə də həm milli-mənəvi, həm də sosial müstəvidə sağlam cəmiyyətin formalaşdırılması üçün ardıcıl, məqsədyönlü dövlət və ictimai siyasət həyata keçirilməlidir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri