Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
Axar.az xəbər verir ki, Milli Gimnastika Arenasında yəşkil olunan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Ardınca gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:
"Növbəti idman bayramına xoş gəlmisiniz. Ölkəmizdə idman son illər inkişaf edir. Məhz bu həftə Azərbaycanda üç beynəlxalq turnir baş tutur. Hər üçü də ənənəvi yarışdır. Bu cür tədbirlər idmanın təbliği üçün önəmlidir. Azərbaycanda idman dövlət siyasətidir. Dövlət başçısı da idmana xüsusi diqqət ayırır. Milli Gimnastika Arenasında hər il Dünya və Avropa Kubokları və digər turnirlər təşkil edilir. Azərbaycan Gimnastika Federasiya möhtəşəm iş görür. Avropa və dünya çempionatlarında kifayət qədər yaxşı nəticələr var".
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.
Xatırladaq ki, bu gün start götürən Avropa Kuboku mayın 3-də başa çatacaq. İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərirlər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Aprel 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















