Icma.az
close
up
RU
Bakıda avtobus sürücüsü piyadanı vuraraq öldürdü QƏRAR KONKRET

Bakıda avtobus sürücüsü piyadanı vuraraq öldürdü QƏRAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Adil Hümbətovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Adil Hümbətov “İsuzu Citibus” markalı avtobusu yol vərəqəsi əsasında 2025-ci il tarixdə saat 19:54 radələrində paytaxtın Xətai rayonu ərazisində idarə edib. Həmin vaxt avtobusun sürəti təxminən 10 km/saat olub.

Sürücü hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozub. Həmin normaya əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini stop-xətti qarşısında, belə xətt olmadıqda isə piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında dayandırmalıdır. Piyada keçidi qarşısında və digər yol ayrıclarında isə nəqliyyat vasitəsinin svetofor qarşısında saxlanılması tələb olunur. Lakin Adil Hümbətov bu tələbə əməl etməyib.

Belə ki, o, R.Məmmədov küçəsində svetoforun qırmızı işığında avtobusla hərəkətini davam etdirib. Bununla da avtobusun hərəkəti digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Hadisənin svetoforla nizamlanan yolayrıcında baş verdiyi qeyd olunur. Avtobusun ön sol hissəsi yolun sağ tərəfindən sola doğru hərəkət edən piyada Elçin Baxşıyevə dəyib. Zərbənin nəticəsində piyada ağır xəsarətlər alıb. Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti kritik olub. Daha sonra o, həmin xəstəxanada vəfat edib.

Beləliklə, sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Adil Hümbətov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təyin edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Sentyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri