107 ildə 27 rektor: BDU ya kimlər rəhbərlik edib?
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Universitetdə baş verən bu rəhbərlik dəyişikliyi BDU-nun 107 illik tarixinə və indiyədək rektor vəzifəsində çalışmış şəxslərə marağı artırıb.
1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində çoxsaylı rektorlar tərəfindən idarə olunub. Universitetə müxtəlif illərdə tanınmış alimlər, professorlar və dövlət xadimləri rəhbərlik ediblər.
AZXEBER.COM indiyədək universitetə rəhbərlik etmiş şəxslərin siyahısını təqdim edir.
Vasili Razumovski
Bakı Dövlət Universitetinin ilk rektoru professor Vasili Razumovski olub. O, 1919–1920-ci illərdə universitetə rəhbərlik edib. Ondan sonra Sergey Davidenkov (1920–1923) və Aleksandr Qulyayev (1923–1926) bu vəzifədə çalışıblar.
Tağı Şahbazi Simurğ
1926-cı ildə universitetin rektoru vəzifəsinə Tağı Şahbazi Simurğ təyin edilib. O, BDU-nun ilk azərbaycanlı rektoru kimi tarixə düşüb və 1929-cu ilədək bu vəzifədə çalışıb. Sonrakı illərdə universitetə Vladimir Yelpatyevski və Maqsud Məmmədov rəhbərlik ediblər.
Sovet dövrünün rektorları
1930-cu illərdən başlayaraq universitetin rəhbərliyində bir sıra dəyişikliklər baş verib. Müxtəlif illərdə Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov, Əziz Əliyev, Cəbrayıl Ələsgərov, Şamil Əliyev və Abdulla Qarayev rektor vəzifəsini icra ediblər.
Daha sonra bu vəzifəyə Cəfər Hacıyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Mehdi Əliyev və Faiq Bağırzadə təyin olunublar. Xüsusilə Faiq Bağırzadə 1970–1987-ci illərdə, 17 il ərzində universitetə rəhbərlik edib.
Müstəqillik dövrünün rektorları
Azərbaycan müstəqillik qazandıqdan sonra da BDU-nun rəhbərliyində bir neçə dəfə dəyişiklik olub.
1990-cı illərdə universitetə Mirabbas Qasımov, Firudin Səməndərov, Murtuz Ələsgərov və Misir Mərdanov rəhbərlik ediblər.
1999-cu ildə rektor təyin edilən Abel Məhərrəmov 2018-ci ilədək bu vəzifədə çalışıb. Təxminən 19 il davam edən fəaliyyəti ilə o, universitetin ən uzun müddət rəhbərlik etmiş rektorlarından biri olub.
2018-ci ildə Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib. 2019-cu ildə isə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Elçin Babayev
2019-cu ildən universitetə rəhbərlik edən Elçin Babayevin vəzifədən azad edilməsi ilə BDU-da növbəti rəhbərlik dəyişikliyi baş verib.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Noyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















