Icma.az
close
up
RU
Bakıda avtomobil "Bakubus"la toqquşdu

Bakıda avtomobil "Bakubus"la toqquşdu

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bu gün Bakıda "Baku Bus" MMC-yə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

Bakupost.az xəbər verir ki, hadisə Zığ-Suraxanı yolunda baş verib.

Belə ki, 44 nömrəli xətlə hərəkət edən sərnişin avtobusu 43-BE-691 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili tamamilə yararsız hala düşüb. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.

O bildirib ki, bu gün saat 17:40-da "Baku Bus" MMC-nin balansında olan və 44 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 99-JO-213 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Hadisə Zığ-Suraxanı avtomobil yolu istiqamətində qeydə alınıb.

İlkin araşdırma nəticəsində müəyyən olunub ki, qarşıdan gələn 43-BE-691 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək avtobusa çırpılıb. Qeyd olunan hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Sərnişinlərin təhlükəsizliyinin və fasiləsiz daşınmasının təmin olunması məqsədilə "Baku Bus" MMC tərəfindən operativ tədbir görülüb, sərnişinlər dərhal eyni xətt üzrə hərəkət edən digər avtobusa yönləndirilib və marşrutun qrafiki qısa müddət ərzində bərpa olunub.

Hadisə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara məlumat verilib və hazırda araşdırmalar aparılır", - deyə Ə.Əliyeva bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 İyun 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri