Bakıda avtomobil təmiri sexində yanğın oldu KONKRET
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 720 m² (hər birinin sahəsi 240 m²) olan 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan avtomobil ehtiyat hissələri yanıb. Boksun içərisində olan 2 ədəd minik avtomobili və digər bokslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
![see](https://icma.az/template/assets/see.png)