Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Bakıda bazarda bir meyvənin qiyməti 43 manat

Bakıda bazarda bir meyvənin qiyməti 43 manat

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycan süfrələrində ənənəvi meyvələrlə yanaşı, artıq minlərlə kilometr uzaqdan - Kosta-Rikadan, Tailanddan, Perudan gələn tropik dadlar da özünə yer edir. Bu ilin yanvar-fevral aylarında xarici ölkələrdən 1.17 milyon ABŞ dolları dəyərində 633.5 ton ekzotik meyvə idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 20.7%, həcm baxımından isə 2.8% artıb. Hesabat dövründə ölkəyə 493 min dollar dəyərində 407.7 ton ananas, 598.98 min dollar dəyərində 207.5 ton avokado idxal olunub. Eyni zamanda, 73.6 min dollar dəyərində 18 ton quayava, manqo və manqostan, 1 030 dollar dəyərində 110 kiloqram papaya, 130 dollar dəyərində isə 10 kiloqram durian meyvəsi gətirilib. İdxal ölkələrinə gəldikdə, ananas, əsasən, Kosta-Rika, Çin və Panamadan, avokado Peru, İsrail və Keniyadan idxal olunub. Quayava, manqo və manqostan Braziliya və Perudan, papaya və durian isə Tailanddan tədarük edilib. Rəqəmlərdən də göründüyü kimi, ekzotik meyvələrə tələbat və idxal həcmi getdikcə artır. Bəs bu qəfil sıçrayışın səbəbləri nədir? İdxaldakı artım və bu məhsulların populyarlaşması daha çox sosial şəbəkələrin diktə etdiyi "dəb"lə, yoxsa insanların qida rasionundakı real dəyişikliklə bağlıdır?

Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qeyri-rəsmi idxal da mövcuddur"

Ekzotik meyvə biznesi ilə məşğul olan Əşrəf Şıxəliyevin sözlərinə görə, statistik göstəricilər real bazarın yalnız 50%-ni əks etdirir: "Qalan 50% isə əsasən Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən ölkəyə qeyri-rəsmi yolla daxil olan ekzotik meyvələrdir. Belə ki, bu sahədə fəaliyyət göstərən bəzi şirkət nümayəndələri və ya vətəndaşlar turist kimi səyahət edir və qayıdarkən baqajlarında (təqribən 23 kiloqram) ekzotik meyvə gətirirlər. Şəxsi istifadə adı altında gətirilən bu məhsullar heç yerdə qeydiyyata alınmır. Eyni anda 5-10 nəfərin bu üsuldan istifadə etdiyini düşünsək, bir reysdə təxminən 230-300 kiloqram ekzotik meyvənin ölkəyə qeyri-rəsmi daxil olduğunu görərik".

Ə.Şıxəliyev bildirib ki, bazarda müşahidə edilən artımın əsasən iki böyük səbəbi var. Birincisi, ekzotik meyvələr sadəcə "dəb" və ya zövq üçün alınmır. Onların tərkibində elə elementlər var ki, təbiətdəki digər qida məhsullarında tapılmır: "Məsələn, papaya meyvəsinin tərkibindəki "papain" maddəsinin qadın sağlamlığı, xüsusən də hamilələr üçün elmi cəhətdən sübut olunmuş faydaları var. Karambola meyvəsi bədəndə kalsiumu artırır, saç tökülməsinin qarşısını alır və çox vaxt həkimlərin məsləhəti ilə uşaqlar üçün alınır. Cekfrut (jackfruit) hüceyrə səviyyəsində orqanizmə müsbət təsir göstərir və immuniteti gücləndirir. Marakuya isə C vitamini deposu kimi bir çox ənənəvi meyvələri, hətta portağalı belə qabaqlayır. Gətirilməsi xüsusi qadağalarla müşayiət olunan durian dünyanın ən pisqoxulu, kəsiləndə dözülməz iy verən meyvəsidir. Bu səbəbdən əksər aviaşirkətlər təyyarəyə buraxmır. Lakin paradoks ondadır ki, dözülməz qoxusuna baxmayaraq, o, olduqca dadlı və faydalıdır. Araşdırmalar onun xərçəng xəstəliklərinə qarşı mübarizədə xüsusi rolu olduğunu göstərir. Avokadonun populyarlığına gəldikdə, bu meyvənin satışları bütün dünyada olduğu kimi, bizdə də sürətlə artır. Bunun əsas səbəbi "Z nəsli"nin sağlam həyat tərzinə, fitnesə və düzgün qidalanmaya xüsusi önəm verməsidir. Bazarda ən çox satılan ekzotik meyvələrin siyahısına liderliyi məhz avokado edir. Sonrakı yerlərdə isə marakuya, manqostan və rambutan gəlir".

"60 manatdan 3000 manata qədər yüksələ bilir"

Müsahibimizin fikrincə, digər mühüm amil isə son zamanlar dəb halına çevrilmiş korporativ hədiyyələrdir. Hədiyyə səbətlərində ekzotik meyvələrdən geniş istifadə olunur: "Xüsusi konseptli hədiyyə səbətlərinin büdcəsi 60 manatdan başlayaraq 2 000-3 000 manata qədər yüksələ bilir. Qiymət dəyişikliklərinə gəlincə, hər il yay aylarına yaxın ekzotik meyvələrin qiymətində artım müşahidə edilir. Hətta bəzi çeşidləri gətirmək ümumiyyətlə mümkün olmur. Bunun həm logistik səbəbləri (isti hava şəraitində təyyarə ilə daşınma çətinliyi), həm də istehsalçı ölkələrdə həmin meyvələrin mövsümünün bitməsi ilə əlaqəsi var".

Ağız uçuqladan qiymətlər

Qeyd edək ki, avokadonun kiloqramı supermarketlərdə 11-16 manat arasında dəyişsə də, xüsusi "Hass" növünün iki ədədlik paketi 14 manata təklif olunur. Oxşar mənzərə ananas və manqoda da müşahidə edilir; standart ananaslar nisbətən münasib qiymətə satılsa da, yüksəkşəkərli "Gold" növünün bir ədədi 27 manata, xüsusi mini ananasın tək ədədi isə 38.92 manata satılır. Manqo çeşidlərində də ciddi qiymət fərqi var: adi manqonun bir ədədi 15.27 manat (kiloqramı təxminən 30 AZN) olduğu halda, Tailanddan gətirilən premium növlərin tək ədədi 40 manata, xüsusi "ağ manqo"nun tək ədədi isə 43.08 manata çatır. Bu strategiya çərçivəsində əjdaha meyvəsinin (pitaya) bir ədədi 10-29, qranadillanın bir ədədi 16.90, marakuyanın adi növü 7, manqostan və karambola 8-14, kiloqramı 50 AZN olan rambutan isə ədədlə təxminən 7 manata təklif edilir. Daha spesifik və müalicəvi məqsədlərlə axtarılan nadir meyvələrə gəldikdə isə immunitet gücləndirici quanabananın kiloqramı 70 manat, tamarind və fizalis kimi məhsulların 100-250 qramlıq kiçik qutuları 10-30 manat arasında müştərilərə təqdim olunur.

Göstəriş və sosial şəbəkələrin təsiri

İqtisadçı Günay Hüseynova isə bildirib ki, həcm və dəyər göstəricilərinin paralel yüksəlməməsi, bu cür məhsullara olan tələbatın daha çox "dəb"lə əlaqədar olduğunu göstərir: "Məsələnin iqtisadi tərəfi sırf göstəriş və sosial şəbəkələrin təsiri ilə bağlıdır. Təbii ki, logistikanın inkişafı və istehsalçı ölkələrlə ticari tərəfdaşlıq da burada mühüm faktordur".

G.Hüseynovanın sözlərinə görə, bahalı ekzotik meyvələr, başqa sözlə, "premium məhsul" kateqoriyası bazarda ilk növbədə reklam xarakterli yayımlar sayəsində populyarlaşıb: "İlkin idxal mərhələsində bu məhsullar əsasən şou-biznes nümayəndələri və bloqerlər tərəfindən təqdim olundu, satış bazarı məhdud idi. Daha sonra isə prosesə həkimlər, diyetoloqlar qoşuldu. Məsələn, "avokado ürək-damar sağlamlığı üçün faydalıdır" kimi açıqlamalarla reklam olundu. Növbəti mərhələdə isə bu meyvələr məşhur qida məhsullarının bir hissəsi kimi (məsələn, "ekzotik meyvəli tost") istehlakçıya təqdim edildi. Alıcını cəlb edən də ilk növbədə süni şəkildə formalaşdırılmış bu maraq oldu".

"Alternativ bazarlar da qıtdır"

İqtisadçının fikrincə, bu məhsullar üzrə alternativ bazarlar da qıtdır. O səbəbdən kiloqramı 200-300 manat olan məhsul ədədlə 10-17 manata satılır: "Bu tendensiyanın uzunmüddətli, yoxsa qısamüddətli olacağına gəldikdə, hesab edirəm ki, bu, müvəqqəti xarakter daşıyır. Yerli olmayan və kütlənin büdcəsinə tam uyğun gəlməyən bir məhsul nə qədər uzun müddət reklam olunsa da, davamlı ola bilməz. Bir zamanlar ananas da eyni kateqoriyada idi. İstehlakçılar onu əsasən bayram ərəfəsində alırdılar, indi isə o "dəb" sıradan çıxıb və ananas daha adi, əlçatan məhsula çevrilib".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri