Icma.az
close
up
RU
Bakıda “Belem Missiyası 1.5” çərçivəsində məsləhətləşmə keçirilib

Bakıda “Belem Missiyası 1.5” çərçivəsində məsləhətləşmə keçirilib

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

7-11 sentyabr tarixlərində Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

XİN-dən verilən xəbərə görə, həftə çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.

Tədbirlərdə dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektor və akademik dairələrin nümayəndələri də iştirak edib.

UNFCCC-nin İqlim Həftəsi çərçivəsində Tərəflər Konfransının qərarlarından irəli gələn beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas, həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC-nin İcra Forumu çərçivəsində bir sıra sessiyalar keçirilib.

Paralel olaraq təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq, eləcə də digər aktual mövzular üzrə Azərbaycan tərəfindən ümumilikdə 37 tədbir təşkil edilib.

Bununla yanaşı, COP30-da qəbul edilmiş müvafiq mandata uyğun olaraq, COP29, COP30 və COP31 sədrliyini həyata keçirən Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planlarının (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası ilə bağlı “Belém Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur.

2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri