Bakıda beynəlxalq hakimlik kursları keçiriləcək
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) fevralda beş hakimlik kursu keçirəcək.
İdman.biz xəbər verir ki, onlardan ikisi Bakıda təşkil ediləcək.
Birinci kurs fevralın 20-23-nə nəzərdə tutulub. Burada güllə atıcılığı üzrə hakimlər iştirak edəcəklər. Fevralın 27-dən martın 2-ə kimi isə stend atıcılığı üzrə hakimlik kursu keçiriləcək.
Kurslarda qarşıdan gələn Olimpiya tsiklində tətbiq olunacaq yeni qaydalar, yarışların reqlamentindəki dəyişikliklər və hakimliyin cari məsələləri müzakirə olunacaq.
Həmçinin, Vroslav (Polşa), Yeni Dehli (Hindistan) və Asunsyonda (Paraqvay) da hakimlik kursları keçiriləcək.
İdman.biz
Baxış sayı:120
Bu xəbər 07 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















