Icma.az
close
up
RU
Bakıda binalar ard arda niyə yanır?

Bakıda binalar ard arda niyə yanır?

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Son vaxtlar yenitikililərdə elektrik xətlərindəki nasazlıqlardan qaynaqlanan yanğınlar artır. Qısaqapanma və digər səbəblərdən yanğın hadisələri baş verir. Hələlik tam təsdiq olunmasa da, Yasamaldakı yanğının da elektrik xətlərindən başladığı barədə məlumat var. Əvvəllər də yenitikililərdə bu cür böyük yanğınlar yaşanıb. Bunlar belə bir sual yaradır: yenitikililərdə elektrik xətlərinin keyfiyyətinə nəzarət edilirmi?

BAKU.WS "Kaspi" qəzetinə istinadən xəbər verir ki, Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Azərbaycanda inşaat normativləri mövcuddur. Sadəcə, tikinti şirkətləri çalışırlar ki, tikinti zamanı maliyyəyə qənaət etsinlər: "İnşaat materialları nə qədər standartlara cavab versə də, bəzi xüsusiyyətlərinə görə qüsurlu ola bilər. Nəzərə almalıyıq ki, ölkəmizə keyfiyyəti aşağı məhsullar da ixrac olunur. Hansı ki, bu məhsullar müəyyən müddət istifadə olunduqdan sonra qüsurları üzə çıxır. Nəticədə problemlər yaranır. Ölkəmizdə dəfələrlə yenitikili binalarda kabel şaxtalarında, yaxud texniki avadanlıqların olduğu otaqlarda yanğın hadisəsi baş verib. Səbəblər müxtəlifdir. Materiallar qüsurlu olmasa belə, düzgün istismar edilmədikdə bu kimi hadisələr baş verir. Fikrimcə, boşluq çoxmənzilli binaların idarə olunmasındadır".

E.Azadov bildirdi ki, naqillər nə qədər dözümlü olsa da, kənar müdaxilə zamanı qəza qaçılmazdır: "Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin, yaxud MTK-nın səlahiyyətindədir. Bizdə isə bu ərazilər tikinti şirkətinə məxsus olur. Onlar həmin əraziləri icarəyə verir, satırlar. Bu zaman layihədə nəzərdə tutmayan şəkildə fəaliyyət təşkil olunur, bina və texniki avadanlıqlar normadan artıq yüklənir. Texniki yüklənmələr nəticəsində də müxtəlif qəzalar baş verir. Nəzarət mexanizmi üçün binaların idarə edilməsi ilə bağlı qanunların təkmilləşməsi lazımdır. Yerli icra qurumları yerində reydlər keçirməlidir".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, elektrik təsərrüfatı, naqillər üzrə yoxlamalar obyektlər üçün məcburidir, lakin fərdi yaşayış binaları üçün nəzarət məcburi deyil: "Fövqəladə Hallar Nazirliyi elektrik təsərrüfatlarına baxış keçirir. Yanğın risklərinin müəyyən edilməsi üçün obyektlərdən bunu tələb edirlər. Müqavimətə davamlılıq, izolyasiya və s. hər biri yoxlanılır. Lakin mənzillərə dair belə yoxlamalar yoxdur. Fərdi yaşayış müəssisələri də ildə bir dəfə ixtisaslaşmış müəssisəni dəvət edərək elektrik təsərrüfatına baxış keçirə bilər. Hər hansı nasazlıq varsa, elektrik şəbəkəsi normadan artıq yüklənirsə, bu da elektrik təsərrüfatının qızmasına, qısaqapanma, alışma və yanğına gətirib çıxarır. Çünki hazırda mənzillərdə elektriklə işləyən avadanlıqların sayı çoxdur. Daha əvvəl tikilən binalarda bu kimi hallar nəzərə alınmadıqda yüklənmə baş verə bilir. Elektrik naqilləri çəkilərkən binanın həcmi, tutumu, kvadratı, mərtəbə sayı, mənzillərdə nə qədər paylayıcı olması və digər nüanslar nəzərə alınmalıdır. Bütün binalarda standartlar eyni deyil".

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, onlar yanğından mühafizə ilə bağlı yoxlamalar həyata keçirirlər. Lakin bu yoxlamalar sadəcə elektrik naqilləri ilə bağlı olmur. Elektrik xətlərinə aid normalara onlar nəzarət etmirlər.

Yoxlamalar barədə qurumdan bildirildi ki, yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilir. Belə ki, yoxlamalar əvvəlcədən növbəti il üçün planlaşdırılır və növbəti il ərzində müəyyən olunmuş dövriliklə yoxlamaların icrası təmin olunur: "Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları"nın (01-2001) 6.1-ci yarımbəndinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq Qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməsi tələb olunur. Sözügedən tələbin həyata keçirilməsinə nəzarət tədbirləri çərçivəsində bu işlərin normalara uyğun olub-olmaması ilə bağlı müvafiq sənədlər istehlakçıdan, yəni yoxlamaya cəlb olunmuş sahibkarlardan tələb olunur. Bu tələblər təqdim olunmadıqda Dövlət yanğın nəzarəti inspektoru tərəfindən cavabdeh şəxs barəsində İnzibati Xəta haqqında Protokol tərtib olunur, eyni zamanda bu pozuntunun aradan qaldırılması üçün müvafiq məzmunlu tələbnamə ona təqdim edilir".

"Azərişıq" ASC-dən isə bildirildi ki, elektrik xəttini hər bir obyekt, yaxud bina özü çəkir. Onlar yalnız sayğac quraşdırır və xətləri şəbəkəyə, yarımstansiyalara birləşdirirlər. Yenitikililərdə elektrik naqillərinin çəkilməsi və bu işə nəzarət edilməsi onların səlahiyyətində deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirildi ki, qurum yalnız tikinti ilə bağlı normativləri müəyyən edir.

"Yaşayış binaları. Layihələndirmə normaları"na görə yaşayış binalarının elektrik şəbəkələri avtomatik mühafizə sistemləri - qısaqapanma, artıq yüklənmə və sızma cərəyanından qoruma cihazları ilə təchiz olunmalıdır. Bu sistemlər yanğın riskinin qarşısını alan əsas mexanizmlərdir. Elektrik şitləri və kabel avadanlıqlarının yerləşdirilməsi üçün xüsusi qaydalar mövcuddur: onlar vanna otağı, sanitar qovşağı kimi nəmləşmə olan sahələrin altında quraşdırıla bilməz. Eyni zamanda, elektrik lövhələrinə giriş ya birbaşa küçədən, ya da mənzillərdənkənar dəhlizlərdən təmin edilməlidir ki, fövqəladə hallarda müdaxilə imkanları məhdudlaşmasın. Kabel şaxtaları və mühəndis kommunikasiya kanalları yanğına davamlı materiallardan hazırlanmalı və odadavamlılıq tələblərinə uyğun olmalıdır.

"Elektrik təhlükəsizliyi standartı"na əsasən, təhlükəsizlik baxımından elektrik qurğularında cərəyanaparan hissələr mütləq izolyasiya olunmalı, torpaqlama sistemi tətbiq edilməli və avtomatik söndürmə mexanizmləri nəzərdə tutulmalıdır. İstifadə olunacaq xətlərin növləri də normativ sənədlərlə müəyyən edilir. Mis kabellər yaşayış və ictimai binalarda əsas seçimdir, çünki yüksək keçiricilik və yanğın təhlükəsizliyi baxımından etibarlıdır. Alüminium kabellər daha çox sənaye obyektlərində və yüksək gərginlikli xətlərdə istifadə olunur, yaşayış binalarında isə yalnız xüsusi şərtlərlə tətbiq edilir. İzolyasiyalı kabellər (PVC, XLPE) yanmayan və çətin yanan materiallardan olmalı, BCH (STN) 59-88 standartının tələblərinə cavab verməlidir. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see419

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see332

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see331

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see266

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see262

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see208

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see204

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see201

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see194

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see181

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see170

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see168

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see165

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see164

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see162

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri