Bakıda boks üzrə Böyük İpək Yolu turniri start götürüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
ABF prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətindən danışıb, turnirə güclü komandaların qatıldığını deyib.
Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları güclərini yoxlayırlar. Kişi boksçular 10, qadınlar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
126 idmançının qatıldığı turnirdə döyüşlər hər gün saat 15:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 02 Aprel 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















